Paşinyan Putinə zəng etdi
14-05-2021, 11:44
144

Paşinyan Putinə zəng etdi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub.
APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı mayın 13-də axşam saatlarında Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
Telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi davam etdirilib. Ermənistan-Azərbaycan sərhədindəki son insident barədə fikir mübadiləsi zamanı Vladimir Putin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının bütün müddəalarına, ilk növbədə, atəşkəs rejiminə ciddi riayət edilməsinə ciddi şəkildə əməl olunmasının vacibliyini vurğulayıb, Rusiya tərəfi regiondakı sabitliyin təmin edilməsi naminə fəal vasitəçilik səylərini davam etdirmək, İrəvan və Bakı ilə sıx təmasları davam etdirmək niyyətində olduğunu təsdiqləyib. Rusiya Prezidentinə minnətdarlığını bildirən Nikol Paşinyan ortaya çıxan bütün problemlərin müstəsna olaraq dinc, siyasi və diplomatik yollarla həll olunması üçün konstruktiv dialoq və əməkdaşlığın lehinə olduğunu ifadə edib.
Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin bərpası məsələlərinə də toxunulub, deyə Kremlin məlumatında vurğulanıb.

Oxşar xəbərlər

Paşinyan yenə Putinə zəng etdi
Paşinyan Putinə zəng etdi
Peskovdan Paşinyanın Putinlə bağlı açıqlamasına Reaksiya
Putinlə İlham Əliyev Qarabağ məsələsini müzakirə etdi
İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub
Putin və Ərdoğan Dağlıq Qarabağı müzakirə edib
Şoyqu və Arutyunyan arasında telefon danışığı - Qarabağdakı bu məsələ müzakirə olundu
Prezidentlər Qarabağı müzakirə ediblər
İlham Əliyev Putinə zəng edib
Putin və Makron Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
İlham Əliyev Putinlə danışdı
İlham Əliyev Putinlə telefonla danışdı
Putin və Ərdoğan Dağlıq Qarabağı müzakirə ediblər
Netanyahu Putinə zəng etdi
Paşinyan bu dəfə Putinə məktub yazdı
Şoyqu Arutyunyanla Qarabağı müzakirə etdi
Putin Neyanyahu ilə danışdı
Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı oldu
Paşinyan Şuşayla bağlı bu detalları ilk dəfə xalqa ETİRAF ETDİ
Yerevanla Moskva arasında yeni Qarabağ müzakirəsi - Paşinyan bir saatda iki dəfə Putinə zəng edib
Paşinyanla Putinin görüşü başladı
Paşinyan yenə Putinə zəng etdi
Liderlər Qarabağ münaqişəsini müzakirə ediblər
Sergey Şoyqu Arutyunyanla Qarabağı müzakirə etdi
Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olub
Paşinyan özünütəcridə başladı - SƏBƏB
Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə danışdı
Hər şey Qarabağda məhv edildi: İrəvan özü müdafiəsizdir
Rusiya, Azərbaycan və Ermənistan liderləri danışıqların nəticələri ilə bağlı bəyanatla çıxış ediblər - CANLI
Putinlə Merkel Qarabağdakı vəziyyəti müzakirə edib