126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi
14-05-2021, 11:54
119

126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.
AQTA-dan verilən məlumata görə, həyata keçirilən birgə tədbirlər çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir. Bununla yanaşı müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor" tərəfindən 14 may 2021-ci il tarixindən daha 30 pomidor istehsalı müəssisəsindən də bu ölkəyə pomidor ixracına icazə verilib.
Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 126 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 288414 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 160,2 %-ni təşkil edir.

Oxşar xəbərlər

Daha 13 müəssisəsi Rusiyaya pomidor və alma ixrac edəcək
Bir sıra müəssisələrdən Rusiyaya məhsul ixracına icazə verildi
Rusiya Azərbaycanın 12 müəssiəsindən pomidor idxalına İCAZƏ VERDİ
Rusiya Azərbaycandan alma və pomidor idxalına QADAĞA QOYDU
Azərbaycan Rusiya ilə danışıqlara başlayır - pomidor ixracı bərpa olunur
Rusiyanın qoyduğu qadağa araşdırılır - AQTA
“Rosselxoznadzor” Azərbaycanın daha 4 istehsalçısından pomidor idxalına icazə verdi
Rusiyadan Ermənistana YENİ QADAĞA
“Al Market”in Azərbaycana gətirdiyi ədviyyatda kif göbələyi aşkarlandı
İrandan gətirilən xurma yararsız çıxdı
"Veysəloğlu”nun idxal etdiyi toyuq qiyməsi yararsız çıxdı
Rusiya 50 ton pomidorumuzu geri qaytardı
Rusiyadan yenə pomidor qadağası
Cənab nazir, fermerlər dad deyir... - NARAZILIQ!
Rusiyaya ixrac olunan ədviyyat məhsullarında bakteriya aşkarlandı
“Leş Tofiq”in müəssisənin məhsullarına AQTA “sertifikat” verib? - RƏSMİ
AQTA 155 obyektdə pozuntular aşkarladı
Süd və saçaqlı pendir hazırlanan müəssisələrdə xoşagəlməz mənzərə - FOTOLAR
Azərbaycandan Rusiyaya alma ixracına qoyulan qadağa qismən ləğv edilib
29 ictimai iaşə müəssisəsi barəsində inzibati tədbirlər görülüb
Çindən Rusiyaya ixrac edilən quş ətində koronavirus tapıldı
AQTA sahibkarlara necə problem yaradır - NARAZILIQ!
26 ictimai iaşə obyekti barəsində inzibati tədbir görülüb
Dövlət agentliyindən broyler sahiblərinə XƏBƏRDARLIQ
Bu müəssisələrlə bağlı cinayət işi başlandı - Rəsmi
Bu apteklə bağlı  akt tərtib edildi
Rusiyanın “pomidor müharibəsi”...
Yenə yararsız at satışı - Qarşısı alındı
İrandan Azərbaycana idxal edilən duz yararsız çıxdı
Karantin tələblərini pozan obyektlər CƏRİMƏLƏNDİ