Ukraynada Azərbaycan səfirliyinə məxsus saxta nömrə ilə avtomobili idarə edən saxlanılıb
15-05-2021, 20:14
62

Ukraynada Azərbaycan səfirliyinə məxsus saxta nömrə ilə avtomobili idarə edən saxlanılıb

Ukrayna polisi ölkəmizin Kiyevdəki səfirliyinə məxsus saxta nömrə ilə avtomobili idarə edən şəxsi aşkarlayıb. Bu barədə AZƏRTAC-a Ukrayna Milli Polisindən məlumat verilib.
Təxminən bir ay öncə “Kiyev Operativ” saytı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ölkəmizin Ukraynadakı səfirliyi nəzdindəki nümayəndəliyinə məxsus D 041 005 nömrə nişanlı avtomobilin yol qaydalarını kobud şəkildə pozmaqda və xidməti avtomobili insanların üzərinə sürməkdə günahlandırıb. Bu məlumat yayılandan dərhal sonra Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin müvafiq qurumlarına müraciət edərək səfirliyə məxsus saxta nömrə ilə idarə olunan avtomobilin tapılmasını istəmişdi.
Səfirliyin və DİN-in Ukraynadakı nümayəndəliyinin təkid və tələbindən sonra Azərbaycan diplomatik korpusuna məxsus saxta nömrə nişanı ilə avtomobili idarə edən şəxs saxlanılıb. Bu şəxsin Levan Revazoviç Çexani olduğu müəyyən edilib. İlkin araşdırma zamanı onun avtomobilindən D 041 005 nişanlı saxta nömrə götürülüb.
Onu da qeyd edək ki, Kiyevdə saxta diplomat nömrəsi ilə avtomobillərin idarə edilməsi halları əvvəllər də aşkarlanıb. Hazırda faktla bağlı araşdırma aparılır, istintaqın nəticələri barədə əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

Bakıda səfirlik avtomobilindən özbaşınalıq - VİDEO
Saxtalaşdırılan avtomobil nömrələri, kriminal qüvvələr: - “Polisə xəbər verin”
Abşeronda avtomobil piyadanı vuraraq öldürdü
"Expressbank" məhkəmə QARŞISINDA
Bakıda "protiv" sürüb keçiddə piyadanı vuran "Porsche" sürücüsü kimdir? - VİDEO
Daxili İşlər Nazirliyi Dini Komitəni cərimələdi
DİN Qida Təhlükəsizliyi İnstitutunu cərimələdi
Azərbaycanlı səfirin maşını Ukraynada avtoşluq etdi - VİDEO
Bakıda sərxoş qadın polisləri hədələdi
DİN “Gilan” Holdinqi cərimələyib
DİN-in sorğusuna cavab verməyən “Neftçi” cəzalandırıldı
Rektor 1 milyona ev, 440 min manata cip aldı
Bakıda “Lamborghini” sürən gənc bu vəzifəli şəxsin oğludur - VİDEO
Bakıda oğurlanan avtomobilin sahibi: “Elə bil yer yarılıb...” - FOTO
Bakıda 10 PP 400 nömrəli "Rang Rover" qaydanı belə pozdu - VİDEO
"Baku Electronics" DİN-nin sorğusuna cavab VERMƏDİ - MƏHKƏMƏ
İrəvanda bank rəhbərinin avtomobili partladıldı
Avtomobil oğurlayan keçmiş məhkum saxlanıldı
Polisin əmrinə tabe olmayan “KamAz” sürücüsü tutuldu - FOTO
"Azərsun”un yük maşını Ukraynada yenə yoxa çıxdı – 20 ton yağ oğurlandı
Bakı-Qazax magistralında səfirlik avtomobili qəza törətdi - Xəsarət alan var
Səhiyyə Nazirliyi: "Məişət əşyaları daşıyan təcili yardım avtomobili bizim deyil"
Polislərin üzərinə maşın sürən şəxs həbs edildi
“Kamaz” minik avtomobili ilə toqquşdu, sürücü öldü - FOTOLAR
Bakıda avtomobili qaçıran şəxs saxlanıldı - DİN
Gəncədə avtoxuliqanlıq edən şəxs tutuldu - FOTO
Bakıda "Bakubus" "Lexus"a çırpıldı, tıxac yarandı - Foto
Xəsarət almış şəxs sığorta ödənişini ala bilmir - Şikayət
Saxta icazə düzəldənlər saxlanıldı
Bakıda "TOFAŞ"ı qaçıran şəxs saxlanıldı