İordan çayının Qərb sahilində fələstinlilərlə İsrail polisi arasında toqquşmalar başlayıb.
Toqquşmalar bir neçə bölgədə qeydə alınıb.
Qüdsdə əl-Əksa məscidi yaxınlığında 20-yə yaxın yaralının olduğu deyilir.
Qeyd edək ki, mayın əvvəlində Qüdsdə baş vermiş toqquşmalardan sonra İsraillə Qəzza zolağı arasında münaqişə başlamışdı.
İsrail ötən gün hərbi əməliyyatları dayandırdığını elan etmişdi.