Putin İrəvana əliboş gəlmir: Nələr olacaq?
1-10-2019, 15:00
10 285

Putin İrəvana əliboş gəlmir: Nələr olacaq?

Bu gün Rusiya Prezidenti Vladimir Putin İrəvana səfər edəcək. Bu, Putinin məxməri inqilab baş verdikdən sonra Ermənistana ilk səfəri olacaq. Səfər İrəvan və Ermənistanın bütün siyasi mühiti üçün mühüm əhəmiyyət daşıyır.
Səfər öncəsi Ermənistandakı siyasi meydanın bütün iştirakçıları aktivləşiblər. Tərəflərdən hər biri Moskva ilə münasibətlərini normallaşdırmağa və daha çox divident əldə etməyə çalışır. Belə ki, mövcud iqtidar özünü Moskvaya sübut etməyə, müxalifət (Qarabağ klanı – İ.H.) isə siyasi əlaqələrini bərpa etməyə cəhdlər göstərir.
Paşinyan da Putinin səfərinə çoxdan hazırlaşır və sentyabrın əvvəllərindən etibarən Moskvaya yönəli önəmli mesajlar verməyə başlayıb. Belə ki, keçən ay Fransadakı erməni nəşrinə verdiyi sonuncu müsahibədə də erməni Baş nazir Moskvanın ünvanına təriflər yağdırmaqla əslində həm də özünün xarici siyasətiylə bağlı bəzi istiqamətləri açıqlamış oldu. Əslində Paşinyan anlayır ki, indiki halda onun heç bir Qərb dövlətiylə münasibəti inkişaf etdirmək imkanı yoxdur. Doğrudur, Cənubi Qafqaz Qərb üçün əhəmiyyət kəsb edən bölgələrdən biridir, amma bölgənin önəmliliyi Ermənistanla münasibətləri yüksək səviyyəyə qaldırmağa kifayət etmir.
Digər tərəfdən, Paşinyan Ermənistanın Rusiyanın “forpost”u, ölkədəki bütün önəmli postların, obyektlərin və hətta ölkənin giriş qapısı olan əsas hava limanının belə Moskvanın birbaşa nəzarətində olduğunu gözəl anlayır. Buna görə də Paşinyan hakimiyyətinin dayanıqlılığının təminatı üçün Moskvanın razılığını almağa cəhd edir.
Paşinyan Kremldən “xeyir-dua” alıb...
Əslində Paşinyan, zənn edilən kimi, müstəqil fiqur olmadığını sübuta yetirib. Hətta 2018-ci il inqilabını belə Qərbin, özəlliklə, Sorosun tam dəstəyi ilə həyata keçirməsi məsələsində böyük şübhələr mövcuddur.
Belə şübhələrə ən böyük zəmin yaradan amillərdən biri isə Paşinyanın hakimiyyətə gəldikdən sonra tutduğu mövqedir. Vaxtı ilə kəskin antirus mövqeyi ilə seçilən Paşinyanın artıq bu tərzi-halından demək olar ki, heç bir əlamət qalmayıb. Hətta gizli antirus istəklərini saxlasa belə, fakt odur ki, sələflərindən fərqli olaraq, ölkəsini daha çox Rusiya təsirinə salmağa çalışan fəaliyyəti ilə seçilir.
Görünən odur ki, Paşinyan indiyə qədər Rusiyada özünə qarşı şübhələri dağıtmaq, ondan hansısa formada dəstək almaq, hakimiyyəti üçün mümkün alternativləri yox etmək üzərində çalışıb. Bu da müəyyən mənada öz “bəhrəsini” verib. Proseslər göstərir ki, Paşinyan Ermənistanda müəyyən fəaliyyətləri üçün Kremldən “xeyir-dua alıb”. Ən azından Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşevin İrəvana səfəri bunu təsdiq edən məqamlardan biridir.
Nikolla Putinin maraqları
Əlbəttə, Moskva müxalifətlə münasibətlərini dayandırmaqdan imtina etmək fikrində deyil. Kremlin postsovet məkanı üçün ənənəvi olan – daha çox hakimiyyətlə çalışmaq qaydasına Moskva müəyyən korrektələr edir, yəni Moskva Paşinyana dəstək verməklə bərabər həm də müxalifətlə əlaqələrini gücləndirir. Müxalifət isə bu kontekstdə Qarabağ klanıdır.
Maraqlıdır ki, bu məqamda Paşinyanla Kremlin maraqları üst-üstə düşür. Fikrimizcə, Kreml Qarabağ klanının zəifləməsində maraqlıdır. Rusiya sanki Ermənistan siyasi sisteminə nəzarət imkanlarını qorumaq üçün hər iki tərəfin gücünü bərabərləşdirmək istəyir.
Putin İrəvana əliboş gəlmir
Doğrudur, son bir il yarım ərzində Paşinyan rusiyalı “böyük qardaşı” ilə dəfələrlə görüşüb və görüşlərdə Moskvaya lazım olan məsələlərin çoxusu həll olunub, amma Putinin Ermənistandan istəkləri hələ də yekunlaşmayıb. Bu dəfə o, istəklərini İrəvanda tam yekunlaşdırmağa cəhd edə bilər. Hər bir halda tərəflərin Köçəryanın həbsindən çox, digər məsələləri müzakirə edəcəkləri ehtimalı yüksəkdir. Köçəryan Putini maraqlandırır, amma bu maraq Köçəryanın özünün nəzarətində olan mətbuatın iddia etdiyi kimi həddən artıq yüksək səviyyədə deyil. Əgər bu istək real olsaydı, Moskva istənilən yolla Ermənistanın eks-liderini rahatlıqla azad etdirə bilərdi, amma o, indiyə qədər bunu etməyib. Bunun yerinə isə Putinin İrəvanda erməni dostluğu, hətta rus silahlarının ermənilərə bağışlanması fikrini səsləndirə bilər ki, bu da daha çox yerli əhalinin rəğbətini qazanmağa hesablanıb.
Putin İrəvana çox qarışıq zamanda gəlir. Bu səfər İrəvanın taleyini dəyişdirəcək qədər önəm daşıya bilər. Hər bir halda bu səfərin kimə uğur gətirib-gətirməməsindən asılı olmayaraq, əsas məsələ odur ki, Paşinyan üçün artıq yeni dönəm başlayır. Yeni dönəmdə Paşinyanın hakimiyyətinin ömrünün nə qədər olacağı təkcə Kremldən asılı deyil.

Oxşar xəbərlər

Ermənilərə şok: Anlayın, Putin İrəvana gəlmir, iclasa gəlir
Ermənistanda daxili siyasi böhran və Qarabağ münaqişəsi
Lavrov Putinin mesajını çatdırdı: Hər zaman yanınızdayıq
Aprel məğlubiyyətinə görə ermənilər arasında siyasi qarşıdurma pik həddə - TƏHLİL
“Başqa plan mövcud deyil!” - MÜSAHİBƏ
Riçard Kirakosyan: “Heç kim və heç nə Azərbaycana təzyiq göstərmək iqtidarında deyil”
Paşinyan xilasına çalışır: "Qarabağ kartı" ilə
Putinin “ikinci SSRİ”-ni qurmaq niyyəti – Kremlin planları ilə geosiyasi reallıqlar üst-üstə düşürmü?
Rusiyadan Ermənistana hədə: “Türkiyə ilə baş-başa qala bilərsiniz...”
Rusiya Ermənistana əlavə Su-30CM verməyə hazırlaşır
İrəvan bizim deyil!
Moskvaya müharibələri əvvəlki kimi idarə etmək çətin olacaq... - TƏHLİL
Putin koronavirus səbəbiylə videokonfranslar keçirəcək
Diletant, antixarizmatik, yalançı Paşinyanın hakimiyyət olimpində son payızı
Ermənistan Rusiya diplomatiyasını pis vəziyyətdə qoydu
Həmsədrlər Qarabağa səfər edəcəklər
Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub
“Əsəd istəməsə Rusiya Suriyadan çıxacaq” - Putin Türkiyəyə dolayısı ilə etiraz etdi
Putin Avropa liderlərinə Belarusu əldən verməyəcəyini açıq şəkildə bildirib
Akopyan “sülh nağılı”nı unutdu, “silaha sarılır”... - TƏHLİL
İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı - Əli Həsənov
Putinin “zəhərli” mədəniyyəti... – Qərb mətbuatı Navalnıya sui-qəsddən nələr yazır?
ABŞ-dakı konsulumuz Paşinyanı belə qarşıladı
Önümüzdəki 10 il işğal ərazilərinin ermənilərlə məskunlaşma illəri olacaq
Qarabağ - Rusiya niyə Türkiyənin prosesdə yer almasına razılaşdı? - Müsahibə
Cavad Zərif sabah Livana səfər edəcək
“Ermənistan - işğalçı, Qarabağ - Azərbaycandır” - ŞƏRH
Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
Həmsədrlər yaxın vaxtlarda regiona səfər edəcək
Müharibə başlasa... - Ermənistanda daş üstdə daş qalmayacaq