Türkiyəyə bu şərtlərlə getmək olar
1-06-2021, 14:04
85

Türkiyəyə bu şərtlərlə getmək olar

Türkiyəyə giriş üçün yeni qaydalar müəyyən edilib.
Türk Hava Yollarının yaydığı məlumatda bildirilir ki, yeni qaydalara görə, qeyd olunan ölkələrdən gələn və ya son 14 gün ərzində bu ölkələrdə olmuş şəxslər Türkiyəyə daxil olarkən son 72 saat ərzində alınmış mənfi koronavirus test nəticələrini təqdim etməlidirlər: Braziliya, CAR, Əfqanıstan, Banqladeş, Hindistan, Nepal, Pakistan, Şri Lanka.
Bununla yanaşı sözügedən ölkələrdən gələn şəxslər yerli rəhbərliklər tərəfindən təyin ediləcək yerlərdə 14 günlük karantinə alınacaq.
Bu ölkələrdən gələnlər istisna olmaqla, Türkiyəyə daxil olan bütün əcnəbilərdən hava limanında PCR testindən keçmələri tələb olunacaq. Bu çərçivədə test nümunələri götürüldükdən sonra gələn sərnişinlərin son təyinat yerinə getməsinə icazə veriləcək və test nəticələri müsbət olarsa, Səhiyyə Nazirliyinin “COVID-19” təlimatına uyğun olaraq müalicə alacaqlar.
Həmçinin bu 8 dövlət xaricində Türkiyəyə gələn turistlər, ölkəyə girişdən ən az 14 gün əvvəl peyvənd olunduqlarına və ya son 6 ayda koronavirus xəstəliyini keçirdiklərinə dair müvafiq ölkənin rəsmi qurumları tərəfindən verilmiş sənəd təqdim etdikləri halda həmin şəxslərdən PCR test nəticəsi tələb olunmayacaq.

Oxşar xəbərlər

Bu ölkə sərhədlərini açır
Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla gedə biləcək
Bu ölkəyə giriş qadağan edildi
Çin vaksinləri Türkiyəyə gətirildi
“Təhlükəli virus Azərbaycana da çata bilər“ - Xəbərdarlıq
Azərbaycana səfər edənlər bu qaydalara əməl etməlidirlər!
Müalicə üçün İrana getmək istəyənlərin NƏZƏRİNƏ!
Yunanıstan Türkiyəyə qarşı silahlanır: ABŞ-dan F-35 alır
Azərbaycanda daha 8 nəfər koronavirusdan öldü, 162 yeni yoluxma
İngiltərəyə giriş-çıxış qadağan olundu
Bakıdan Ankara və Antalyaya xüsusi reyslər başlayır
Ermənistan “qırmızı siyahı”ya salındı - Məhdudiyyət qoyuldu
Bu 5 ölkə Türkiyəyə silah satışını dayandırdı
Peyvənd olunmuş turistlər İsrailə buraxılacaq
Azərbaycanda daha 15 nəfər koronavirusdan öldü
Ukrayna Ermənistandan gələnlərə məhdudiyyət qoydu
Azərbaycanda otellər yeni qaydada işləyəcək
Direktor olmaq istəyənlərin nəzərinə!
Əbülfəs Qarayevin ölkədən çıxışına “stop” qoyuldu
Azərbaycanda daha 472 nəfərdə koronavirus aşkarlandı - 11 nəfər öldü
Azərbaycanda 329 nəfər COVID-19-dan sağalıb
DİM imtahan keçirəcək
Azərbaycanda 263 nəfər COVID-19-dan sağalıb, 152 nəfər yoluxub
Azərbaycanda son sutka ərzində koronavirusa yoluxanların sayı açıqlandı
Bu ölkəyə giriş qadağan edildi
Azərbaycanda son sutkada 219 nəfər COVID-19-a yoluxdu, 4 nəfər vəfat etdi
Azərbaycanda daha 14 nəfər koronavirusdan öldü, 380 yeni yoluxma
Daha 7 nəfər koronavirusdan öldü
Koronavirusla bağlı son məlumat AÇIQLANDI
Bu tarixdə karantin bitir - AÇIQLAMA