Ermənistan hərbçiləri Azərbaycan ərazisinə DAXİL OLDU - RƏSMİ
2-06-2021, 14:33
87

Ermənistan hərbçiləri Azərbaycan ərazisinə DAXİL OLDU - RƏSMİ

İyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu (N 40°04′30″; E 45°54′42″) coğrafi koordinatlarında mövqe tutublar.
Bu barədə Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb.
Azərbaycan Respublikasının silahlı qüvvələrinin dərhal həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri ölkəmizin ərazisindən çıxarılıb.
Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin ölkəmizin ərazisindən çıxarılması zamanı silahlı qüvvələrimiz tərəfindən silah tətbiq edilməyib.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə müdaxiləsi növbəti təxribatdır və bunun məsuliyyəti tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür. Baş verən hadisə bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyətin və Azərbaycan tərəfinin sərhəd məsələlərinin danışıqlar və dialoq yolu ilə həll edilməsi ilə bağlı çağırışlarına zidd olaraq Ermənistan iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədini güdür.
Azərbaycan Respublikasının dövlət sərhədlərinin pozulması və ölkəmizin ərazisinə Ermənistan silahlı qüvvələrinin müdaxiləsi hallarının qarşısı bundan sonra da qəti tədbirlər vasitəsilə alınacaq. Ermənistan məsuliyyətli davranmalı, qonşu dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmət etməli və regionda vəziyyəti gərginləşdirə biləcək təxribatlardan çəkinməlidir.

Oxşar xəbərlər

SON Dəqiqə: Ermənilər Qazaxda atəşkəsi pozdu
Ermənilərin “Su-25”i vuruldu
Müdafiə Nazirliyindən AÇIQLAMA
Zakir Həsənovdan Gəncənin vurulmağına REAKSİYA
Ordu Paşinyana ultimatum göndərdi - "İstefaya GET!"
Azərbaycan Silahlı Qüvvələri Sünik bölgəsində irəlilədi - RƏSMİ
Ermənistanın silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılmasına başlanılıb
Baş nazir Vətən müharibəsi ilə bağlı sərəncam imzalayıb
“Qarabağdan Ermənistan silahlı birləşmələri çıxarılır” - Erməni polkovnik
Tərtərdə ziyan dəymiş 796 obyektə baxış keçirilib
Qubadlı Ermənistan ərazisindən artilleriya atəşinə tutulur
Azərbaycan ordusu düşmənin çox sayda canlı qüvvəsini məhv etdi: Aralarında kapitan da var
İki erməni diversant qrupu Azərbaycan ərazisinə keçməyə cəhd göstərib - RƏSMİ
Mülki əhaliyə dəymiş ziyan 10 günə ödəniləcək
Sünik bölgəsinə sülhməramlılar yerləşdirilib
Başlıbeldə ermənilərin öldürdüyü şəxslərin cəsədləri TAPILDI
Kəlbəcərdə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş şəxslərin cəsədlərinin basdırıldığı yerlər müəyyən edildi
Ermənistanın növbəti məscid təxribatı
Müharibə zamanı dağıdılmış evlərlə bağlı ödəniləcək məbləğ açıqlandı - SƏRƏNCAM
Qafan-Gorus yolunda avtoqəza: iki erməni hərbçi öldü
Ermənistanın atəşləri nəticəsində meşələrdə və mülki obyektlərdə yanğınlar baş verdi
Ermənistan təxribatının məktəblərə vurduğu ziyan
Ermənistan Tovuz və Ağstafanı Berddən vurur
Bütün istiqamətlərdə döyüş gedir: Düşmən ağır itki verdi
Müdafiə Nazirliyi: “Ermənistanla sərhəd zastavası atəşə tutulmayıb“
Mövqelərimizə növbəti hücum cəhdi olub, düşmən 30-dək itki verərək geri çəkilib
DSX: Düşmənin daha bir təxribatının qarşısı alındı
Ermənilər daha bir kəndimizi ATƏŞƏ TUTDULAR
“Şuşa və Xankəndidəki Ermənistan hərbçiləri mühasirəyə alınıb” - Geriyə yol yoxdur
XİN-dən düşmənin törətdiyi təxribatla bağlı AÇIQLAMA