Hadrutda tutulan erməni terrorçularından daha 26 nəfəri haqda cinayət işi məhkəməyə göndərildi
10-06-2021, 18:51
36

Hadrutda tutulan erməni terrorçularından daha 26 nəfəri haqda cinayət işi məhkəməyə göndərildi

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Bu barədə Baş Prokurorluğun və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin birgə məlumat yayıb.
Məlumata görə, istintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.  
Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.
Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Oxşar xəbərlər

Muzdlu terrorçunun Qarabağa necə gəldiyi məlum oldu
Həbs edilən livanlı muzdlu terrorçudan XƏBƏR VAR
Livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edildi - Video
Azərbaycanda daha bir erməni terrorçuya cinayət işi açıldı
Ermənilərin kimyəvi mərmilərdən istifadəsilə bağlı cinayət işi açıldı
MN və DTX məlumat yaydı: 4 şəhidimiz, 3 yaralımız var
General Rüstəm Muradovdan Hadrut açıqlaması: Vəziyyət necədir?
DTX əməliyyat keçirdi: Suriyadakı terror qruplaşmasının üzvü ələ keçdi - Foto
Azərbaycanda təhlükəli terrorçu ilə bağlı yeni xəbər
Zərərsizləşdirilən İran vətəndaşının kimliyi bəlli oldu - RƏSMİ AÇIQLAMA (YENİLƏNİB)
Suriyada döyüşən azərbaycanlının məhkəməsi başladı
“Erməni Soyqırımı Muzey-İnstitutu”nun direktora cinayət işi açıldı
Azərbaycan torpaqlarına gələn ekstremist lider haqda cinayət işi başlandı - FOTO
DTX-dən ƏMƏLİYYAT: "İŞİD"in tərkibində vuruşan terrorist HƏBS EDİLDİ - VİDEO
Başlıbeldə ermənilərin öldürdüyü şəxslərin cəsədləri TAPILDI
Kəlbəcərdə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş şəxslərin cəsədlərinin basdırıldığı yerlər müəyyən edildi
Azərbaycanda daha bir erməni terroçu barədə cinayət işi başlanıldı
Azərbaycan Ermənistanın iki zabitini beynəlxalq axtarışa verdi
Terrorçuluğa çağırışlar edən ermənilərlə bağlı cinayət işi açılıb
Döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlanılıb
Ermənistanın talançılığı ilə bağlı istintaq qrupu yaradılıb
Abxaziyadan Qarabağa gələn 20-dən çox muzdluya cinayət işi açıldı
Baş Prokurorluq axtarışda olan Vaaqn Çaxalyanla bağlı məlumat yaydı
Azərbaycanlılara işgəncə verən ermənilərin məhkəməsi başlayır
Azərbaycanda iki vəzifəli şəxs barəsində cinayət işi başlandı - RƏSMİ
Hərbçilərin görüntüləri ilə bağlı cinayət işi açıldı
Qarabağda döyüşən “Krım könüllüləri birləşməsi"nin rəhbərinə cinayət işi açıldı
Vejnəli qızıl yatağının talanmasına görə 3 nəfər barəsində beynəlxalq axtarış elan olunub
Hərbi Prokurorluq nəşi tapılan hərbçilərimizlə bağlı MƏLUMAT YAYDI
Vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxs həbs edildi