Kiprdə yaşayan azərbaycanlı alimin kitabı işıq üzü görüb
11-06-2021, 19:06
134

Kiprdə yaşayan azərbaycanlı alimin kitabı işıq üzü görüb

Kiprdə yaşayan azərbaycanlı gənc türkoloq-alim, jurnalist, Girne Amerikan Universitetinin təhsil fakültəsinin Türk dili kafedrasının müdiri Elza Alışova Dəmirdağın “Azerbaycan turkçesi söz dizimi” (Azərbaycan türkcəsinin sintaksisi) kitabı işıq üzü görüb.
Girne Amerikan Universitetinin dəstəyi ilə nəşr olunan kitabda Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsinin sintaksisinin müqayisəsi aparılıb.
7 ildir Şimali Kiprin Girne Amerikan Universitetində çalışan Elza Alışova Dəmirdağın sözlərinə görə, indiyədək Türkiyədə Azərbaycan dilinin qrammatikası ilə bağlı müxtəlif araşdırmalar aparılsa da, sintaksis sahəsinə geniş yer verilməyib. Bu kitab sintaksis sahəsinə aid ilk əhatəli nəşrdir: “Kitabda Azərbaycan dilinin sintaksisini ətraflı araşdırmışam və Türkiyə türkcəsinin sintaksisi ilə müqayisəsini aparmışam. Müqayisə zamanı orijinal əsərlərdən seçdiyim nümunələrdən istifadə etmişəm. Bu üsulu seçməyimin səbəbi iki ləhcənin sintaksisindəki oxşar və fərqli cəhətləri üzə çıxarmaqdır. Həm Azərbaycan, həm də Türkiyə türkcəsinin sintaksisinə aid fərqli fikirləri kitaba daxil etmişəm”.
Müəllifin fikrincə, yeddi əsas fəsildən ibarət olan bu kitab Türkiyədə Azərbaycan türkcəsinin sintaksisi ilə bağlı araşdırma aparacaq tədqiqatçılara yol göstərəcək. Eyni zamanda, kitabdan geniş oxucu kütləsi yararlana biləcək.  
Qeyd edək ki, Elza Alışova Dəmirdağ 1998-2006-cı illərdə Azərbaycanda “Üç nöqtə”, “Mərkəz”, “Vətəndaş Həmrəyliyi”, “Xalq Cəbhəsi”, “Cümhüriyyət”, “Yeni Müsavat” və “Bakı-Xəbər” və digər qəzetlərdə işləyib. “Azərbaycan Naminə” İctimai Forum və “Yeni Siyasət” Secki Blokunun mətbuat xidmətinin rəhbəri, “Seçici Qadınlar Liqasının” sədri vəzifələrində çalışıb. 15 ilə yaxındır Şimali Kiprdə yaşayan filologiya üzrə fəlsəfə doktoru, gənc türkoloq-alim fəaliyyətini Girne Amerikan Universitetində davam etdirir.
 

Oxşar xəbərlər

Rusiyada "Uşaqlar üçün Azərbaycan dili" kitabı işıq üzü gördü
“Qarabağ: rayon və şəhərlərin tarixi” kitabı çap olundu
Şimali Kipr Türk Respublikasında “Azərbaycan üçün birlikdəyik” adlı aksiya keçirilib
Türkiyə Prezidentindən Şimali Kiprə XƏBƏRDARLIQ
“Ölkəmizdə rusdilli məktəblərin sayının artırıəlması dilimizə, müstəqilliyimizə və gələcəyimizə xəyanətdir” - deputat
Türkiyə bu ölkəyə ordu yeridir və Su-57 alır?
Cenevrədə çap edilən kitabda soydaşımızdan bəhs edildi
Türkiyədə azərbaycanlı gənc sevgilsini öldürdü - FOTO
BDU-nun müəllimi vəfat etdi - FOTO
Rusiya televziyası azərbaycanlı kəşfiyyatçı haqqında veriliş hazırlayıb - Video
GDU-da plagiat qalmaqalı
Məşhur azərbaycanlı politoloq koronavirusa yoluxdu
Tibb Universitetinin əməkdaşları beynəlxalq qrant müsabiqəsinin qalibi olublar
ADU-da Konfutsi institutları günü qeyd olundu
GDU ilə bağlı Ali Attestasiya Komissiyasına MÜRACİƏT OLUNDU - İTTİHAM
Bu universitetin iki dosenti vəfat etdi
Asim Mollazadə Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi ilə görüşüb
Hulusi Akardan ermənilərin Hadrutdakı təxribatı ilə bağlı AÇIQLAMA
ADAU-nun kafedra müdiri vəfat edib
Türkiyənin Gürcüstandakı səfirliyi erməniləri məyus edib
BDU-nun professoru vəfat etdi
Ərdoğan azərbaycanlı xanıma  YÜKSƏK VƏZİFƏ VERDİ
Azərbaycanın daha bir professoru vəfat etdi - FOTO
“Səlcuq Bayraktara Milli Qəhrəman adı verilsin...”
"Elzanın şeirindəki “tikim sənin ağzını” misrasıyla o birisi eyni şeydir də, fərqi var ki?"
Nazir qəzada ölən tələbələrlə bağlı paylaşım edib
Erməni dilini öyrənmək istəyənlər üçün kurslar təşkil olunur
ATV-nin keçmiş prezidentinə vəzifə verildi
“Şuşaya getmək istəyirsən?“ Müğənni Kardaşyana səsləndi
“ASALA-nı ifşa edən kitabı Əli Həsənov məhv etdirdi” — Şahidlər danışır