Xocalı qatili olan generalın qardaşı oğlu məhv oldu
12-06-2021, 16:30
44

Xocalı qatili olan generalın qardaşı oğlu məhv oldu

Ermənistanda ölümlə nəticələnən avtoqəza baş verib.
Hadisə dünən Armavir bölgəsində qeydə alınıb.
Belə ki, "Toyota" markalı avtomobil Eçmiədzin-Marqara magistral yolunda hərəkət zolağından çıxaraq qaz kəmərinə çırpılıb. Qəza nəticəsində ölən sürücünün Ermənistan ordusunun generalı Seyran Saroyanın qardaşı oğlu olduğu bildirilir.
Məlumata görə, hadisə zamanı ağır bədən xəsarətləri alan sürücü Vaqarşapat tibb mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Əraziyə yüksək rütbəli zabit və müstəntiqlər cəlb olunub. Faktla bağlı araşdırma başladılıb.
"Polis və istintaq şöbəsi ölən sürücünün şəxsiyyətini müəyyənləşdirməyə çalışıb. Vaqarşapat Daxili İşlər İdarəsinin şöbə müdiri Rafael Poqosyanın rəhbərlik etdiyi əməliyyat qrupu da hadisə yerində görünüb. Maraqlıdır, adi bir avtoqəzanın olduğu məkanda bu izdiham niyə yaranıb? Əraziyə toplaşanlar mərhumun məşhur generallardan birinin yaxın qohumu olduğunu söyləyiblər. Adı açıqlanmayan sürücünün general Seyran Saroyanın qardaşı oğlu olduğu bildirilir", -  erməni KİV-i yazıb.
Xatırladaq ki, Xocalı soyqırımı cinayətlərinin təşkilatçıları və birbaşa iştirakçıları arasında Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan, Marvel Qriqoryanla yanaşı general Seyran Saroyanın da adı keçir.

Oxşar xəbərlər

Motosiklet avtomobilə çırpıldı - sürücü öldü
Bakıda baş verən dəhşətli və müəmmalı qəzadan görüntülər- Video
Azərbaycanda dəhşətli hadisə - Ölən və yaralananlar var
Şəmkirdə maşın ağaca çırpıldı: Ölən var
Hacıqabulda yol qəzası olub, ölən və xəsarət alan var
“Mercedes“ dərəyə aşdı, sərnişin öldü
Bayram günü Yevlaxda AĞIR QƏZA: ÖLƏN VƏ YARALANANLAR VAR
Bakıda bahalı qəza: “Maserati”, “Jeep”, “Chrysler”…
Bakıda dəhşətli qəza: 3 tələbə həlak oldu
Bakı-Sumqayıt yolunda ağır qəza - Video
Azərbaycanda dəhşətli qəzada maşın dərəyə yuvarlandı: Sürücünün başı qopdu
Abşeronda qəza: Bakı-Quba yolunda böyük tıxac yarandı - VİDEO
Goranboyda ağır yol qəzası: Ölən və yaralanan var
Hacıqabulda sürücü qəza törətdi - Arvadı öldü
Gədəbəydə avtomobil aşdı - yaralılar var
DİN-dən Təbriz Gülalıyevin düşdüyü qəza ilə bağlı açıqlama
Azərbaycanda QƏZA: Ata öldü, oğlu xəstəxanaya yerləşdirildi
Samuxda minik maşını dirəyə çırpılıb, sürücü ölüb
Gəncədə yol-nəqliyyat hadisəsi baş verdi - Ana və iki oğlu yaralandı
Bakı-Sumqayıt yolunda qəza - Ölən var
DİN ölümlə nəticələnən qəza ilə bağlı MƏLUMAT YAYDI
Sabirabadda avtomobil kanala aşdı, sürücü öldü
Gədəbəydə qəza - Ölən var
Bakıda sərxoş Türkiyə vətəndaşı qəza törətdi: Xəsarət alanlar var
Bakıda dəhşətli qəza: "Lexus" işıq dirəyini aşırdı - FOTOLAR
Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
Bakıda avtomobil dərəyə aşıb, ölən var
Mingəçevirdə ağır yol qəzası olub, yaralılar var
Zəngilanda yük maşını körpüdən aşıb, bir nəfər ölüb - Foto
Azərbaycanda ağır qəza: 3 nəfər həlak oldu