Bu barədə "New York Post" yazır.
Hadisənin şahidi olan qonşunun sözlərinə görə, özünü atmadan öncə qadın əvvəl soyunub, sonra uşaqlarını soyundurub.
Pəncərədən düşdükdən sonra həm ana, həm uşaqlar sağ qalıblar. Qadın bir aylıq körpəsinin başını asfalta çırpmağa başladıqda qonşu hasardan tullanaraq uşağı onun əlindən alıb.
Hadisə yerinə polis və təcili tibbi yardım yetişənədək qadın tək yaşamaqdan yorulduğunu deyərək, övladlarını qonşuya tapşırıb.
Ana və uşaqları xəstəxanaya yerləşdiriliblər. Qadın və oğlu ciddi xəsarət almasalar da, yeni doğulan körpənin vəziyyəti kritikdir.


