Türkiyə və Azərbaycan Silahlı Qüvvələri bu şəkildə fəaliyyət göstərəcək
15-06-2021, 17:46
62

Türkiyə və Azərbaycan Silahlı Qüvvələri bu şəkildə fəaliyyət göstərəcək

Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsində birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur.
Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.
Şuşa Bəyannaməsində silahlı qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır.
Buraya, həmçinin hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir.
Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Oxşar xəbərlər

Zakir Həsənovdan Şuşa və Laçındakı birliklərə TAPŞIRIQLAR
Azərbaycan, Türkiyə və Pakistan hərbçiləri birgə təlimlər KEÇİRƏCƏK
Azərbaycan və Türkiyə orduları birgə təlimlərə başladı
Azərbaycanla Türkiyə arasında hərbi sahədə Birgə Komissiya yaradılır
Türk əsgəri Azərbaycanda nə qədər qalacaq? - Sənədin tam mətni
Azərbaycan-Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı
Elmar Məmmədyarov çağırış etdi
SON DƏQİQƏ: Rəsmi Bakı Laçın dəhlizi ilə bağlı açıqlama yaydı
Türkiyə və Rusiya Qarabağda birgə patrul xidməti həyata keçirəcək - Hulusi Akar
“Caliber”: “Türkiyə və Özbəkistan Silahlı Qüvvələrinin birgə təlimləri - Gələcəyə qayıdış” - VİDEO
Prezident Şefik Caferoviçə təşəkkür etdi
Şuşa şəhəri Dövlət Qoruğu xüsusi nümayəndəliyin nəzdində olacaq
Ermənistan hərbçiləri Azərbaycan ərazisinə DAXİL OLDU - RƏSMİ
Rəsmi Bakıdan Hindistana CAVAB
Ərdoğanın imzaladığı saziş Azərbaycana nə verəcək?
Azərbaycan və Türkiyə vəkillər Ermənistanın müharibə cinayətlərini birlikdə beynəlxalq hüquq ictimaiyyətinə çatdıracaqlar
DTX rəisi Əli Nağıyev Şuşa şəhərinə xidməti səfər etdi
Türkiyə Ordusu 3 terrorçusu məhv etdi
Azərbaycan ordusunun xərcləri artırılıb
Akar:"Bu təlimlər bütün dünyaya bir mesajdır"
“Türkiyə hərbi bazası Şuşada yerləşdirilməlidir” - ADR sədri
"Türkiyə Silahlı Qüvvələri dünyanın ən hazırlıqlı ordularındandır" - Türkiyə Prezidenti
Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başladı
Daha bir nazirliyin Qarabağ Regional İdarəsi yaradıldı - Nazirdən açıqlama
Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri nizamnaməsinə dəyişiklik edilir
“Müharibə Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatıb” - Zakir Həsənov
Azərbaycana əsgər göndərməsi barədə qanun layihəsi bu gün müzakirə olunacaq
Türkiyə MN-dən Ağdamdakı Birgə Mərkəzlə bağlı yeni açıqlama
“Bu, Prezidentin xarici siyasətinin növbəti parlaq qələbəsidir” - XİN
Azərbaycan və Türkiyə ordusu birgə hərbi təlimlər keçirəcək - FOTOLAR