İndoneziyada güclü zəlzələ baş verib
16-06-2021, 20:12
42

İndoneziyada güclü zəlzələ baş verib

İndoneziyanın Maluku bölgəsində 6,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə İndoneziya Meteoroloji, İqlim və Geofizika İnstitutu xəbər yayıb. Verilən məlumata görə, zəlzələ 6,1 bal gücündə və 10 metr dərinlikdə baş verib. Sunami xəbərdarlığı verən hökümət “xahiş edirəm çimərlikdən uzaqlaşın və daha yüksək yerlərə çıxın" deyə əhaliyə səslənib. Zəlzələ nəticəsində ölən və yaralananlar olmasa da bəzi binalara zərər dəyib.

Oxşar xəbərlər