Ermənilər Xoznavarı tərk edirlər: - “Bizə dedilər ki, kənd yaxın günlərdə Azərbaycana veriləcək”
16-06-2021, 18:11
57

Ermənilər Xoznavarı tərk edirlər: - “Bizə dedilər ki, kənd yaxın günlərdə Azərbaycana veriləcək”

Azərbaycan-Ermənistan sərhəddinə yaxın ərazidə yerləşən Xoznavar kəndinin sakinləri evlərini tərk edərək, Cermux və yaxın rayonlara yerləşməyə başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yerli sakinlərə istinadən məlumat yayıb.

Məumatda deyilir ki, Xoznovar sakinlərinin evlərini tərk etməsi və ətraf rayonlarda yerləşmələrinin səbəbi kəndin yaxın günlərdə Azərbaycana veriləcəyi ilə bağlı xəbərlərin yayılmasıdır. Belə ki, erməni sakinlərə deyiblər ki, sərhədlərin müəyyən edilməsi prosesi yaxın vaxtlarda başlayacaq və xəritəyə əsasən kənd Azərbaycana verilməlidir.

Bundan başqa, Xozanavar sakinləri Azərbaycan Ordusu kəndin yaxınlığında mövqe qurduqdan sonra problemlə üzləşdiklərini deyiblər. Onlar bildiriblər ki, artıq heyvanlarını otarmaq üçün sahələri yoxdur. Həmçinin su və digər məsələlərdən də əziyyət çəkirlər.

Bəzi məlumatlara görə, sözügedən kəndin əhalisinin artıq yarısı evlərini tərk ediblər. Onların çox Cermux şəhərində qərarlaşıblar. Onlardan biri Vvaro Qriqoryan deyib ki, müharibəyə qədər Laçında yaşayıb. “Oradakı evimi müharibədə itirdim. Sonra Xoznavara daşındım. Artıq ordan da çıxmışam və Cermuxda kirayə qalıram. Artıq ikinci evimi də itirdim. Bizə dedilər ki, yaxın vaxtlarda Xoznavar Azərbaycana veriləcək. Ona görə də, kənddən çıxdıq və bura yerləşdik”.

Xatırladaq ki, bu ilin mayın 12-dən etibarən Azərbaycan Ordusu Ermənistanla dövlət sərhədlərimizi bərpa etməyə başlayıb. Proses nəticəsində dəfələrlə insident olsa da, problemin silahlı toqquşmaya çatmasına imkan verilməyib. Eyni zamanda, yazıda adı keçən Xoznavar kəndinin aqibəti sual altındadır və Ordumuz oranın 2.5 km-də qərarlaşıb. İrəvan tərəfi də bəyan edib ki, Azərbaycanla aparılacaq danışıqlar əsasən Xoznavar və Sotk kəndləri ilə bağlı olacaq.

Oxşar xəbərlər

Ermənilər Zəngəzurun Zeyvə kəndini BOŞALDIR
"Nikol, budur şurnuxlulardan sənin üçün yeni il hədiyyəsi" - Şurnuxu yandıran ermənilər
Ermənilər indi də Qafanı yandırır - FOTOFAKT
Rusiya sülhməramlıları Laçında erməni bayrağını çıxardılar
Sünikin daha iki kəndi Azərbaycana verilir - Paşinyan adlarını açıqladı
Ermənilər Zəngəzurun Şurnuxu kəndi istiqamətində təxribat hazırlayır
Örüş sahələri işğal olunan Ağsu kəndliləri Prezidentə müraciət etdi
Ordumuz Zəngəzurda daha 1,5 kilometr irəlilədi
Ermənilər Azərbaycanla sərhədyanı bölgələri kütləvi şəkildə tərk edirlər
Biləsuvarın İsmətli kəndinin kanalı qurudu, sakinlər içməyə su tapmır (VİDEO)
Şurnuxda 12 evin olduğu ərazi Azərbaycana QAYTARILDI
Azərbaycan əsgəri Xocavənddəki erməniləri “separatçı bayrağı”nı çıxarmağa MƏCBUR ETDİ
Erməni çoban Azərbaycan mövqelərinə gələrək əsgərlərimizlə danışdı – VİDEO
Paşinyanı yumurta atəşinə tutdular - VİDEO
“Azərbaycanlı əsgərlər bütün günü mahnı oxuyur, şənlənirlər”
Ermənilər Ağdamda da evlərini yandırırlar
Ordumuz post qurdu və ermənilərə daha 2 gün vaxt verdi
Etibar Pirverdiyev ARADAN ÇIXIR? - Əlindəkiləri xırıd etməyə başlayıb...
Asif Ağayev kimi icra başçısı olmaqdansa... - GİLEY
"Sabah gələndə sizi burda görməyək!" – Zabitimizdən ermənilərə xəbərdarlıq (VİDEO)
Ermənilər Qafanı tərk edir: Bu ərazilər də Azərbaycana qaytarılacaq? - VİDEO
Dilqəmlə Şahbaz Azərbaycana QAYTARILIR
Daha bir kəndin adı dəyişdirilir
Erməni hərbçilər Rusiya ordusuna meydan oxuyur?
Qax sakinləri Azər Kərimlidən şübhələnirlər... - NARAZILIQ!
Qarabağda mülki erməni qalmayıb: Erməni nazirdən pensiya açıqlaması
5 villası olan başçının sakinlərdən xəbəri yoxdur... - GİLEY
"Ermənilər özləri Yaxın Şərqdən insanları cəlb edirlər" - İlham Əliyev
Kəlbəcəri sonuncu ermənilər də tərk etdi – VİDEO
Şəkidə bu kənd soyuq qışla üz-üzə qalıb... - GİLEY