İranın yeni prezidenti kimdir? - İbrahim Rəisi Xameneyidən sonra ali dini lider ola bilər
19-06-2021, 13:26
64

İranın yeni prezidenti kimdir? - İbrahim Rəisi Xameneyidən sonra ali dini lider ola bilər

İranda prezident seçkilərinin nəticələri məlum olub. 
Seçkidə İran siyasi elitasının mühafizəkar qanadını təmsil edən Seyid İbrahim Rəisi qalib gəlib. O, prezident seçkilərində iştirak etmiş 28,6 milyon seçicidən 17,6 milyon nəfərinin səsini qazanıb.
Seyid İbrahim Rəisus-Sadat 1960-cı ildə İranın Məşhəd şəhərinin Noğan məhəlləsində anadan olub. İbtidai məktəbi bitirdikdən sonra Qum elmi hövzəsində təhsilə başlayıb. O, həmçinin Şəhid Mütəhhəri adına universitetdə fiqh və hüquq fakultəsinin doktoranturasını da bitirib.
Rəisi 20 yaşında Kərəc şəhərində prokuror vəzifəsində çalışıb. Daha sonra Həmədanın prokuroru olub. 25 yaşında Tehrana köçən Rəisi paytaxtda baş müstəntiq əvəzi işləyib. 
Ayətullah Seyid Əli Xamneyi İranın ali dini lideri olduqdan sonra İbrahim Rəisi Tehranın Baş prokurou vəzifəsinə təyinat alıb. 1994-cu ildə ölkənin müfəttişlik təşkilatının müdiri seçilib. O, 10 il bu vəzifədə təmsil olunub. 

2004-2014-cü illərdə İranın Ədliyyə Qüvvəsinin birinci müavini və 2014-2015-ci illərdə isə ölkənin baş prokuroru postunda fəaliyyət göstərib. 2015-ci ildən etibarən Xameneyi tərəfindən özəl məhkəmənin rəhbəri təyin olunub.
İbrahim Rəisi Mübariz Ruhanilər Cəmiyyətinin üzvü olmaqla yanaşı, Xobreqan Məclisinin (Ekspertlər Şurası) İdarə Heyətində yer alır.
Yeni prezident həm də Xameneyinin Məşhəd şəhərində nümayəndəsidir. O, eyni zamanda Məşhədin imam-cüməsi Ayətullah Aləmulhudanın kürəkənidir. 
Rəisi həmçinin şiələrin 8-ci imamı Əli ibn Musanın (İmam Rza) Məşhəd şəhərindəki məqbərəsinə məsuldur. 
İbrahim Rəisi Ayətullah Behişti, Ayətullah Mütəhhəri, Ayətullah Xameneyi, Ayətullah Meşkini, Ayətullah Nuri Həmədani, Ayətullah Fazil Lənkərani, Ayətullah Əbulqasim Xəzəli, Ayətullah Müctəba Tehrani, Ayətullah Mərəşi Nəcəfi, Ayətullah Duzduzani, Ayətullah Seyid Mühəqqiq Damad və Ayətullah Seyid Mahmud Şahrudin kimi ruhanilərdən dərs alıb. 
Bəzi iddialara görə, İbrahim Rəisi Ayətullah Behişti tərəfindən kadr olaraq yetişdirilib. İslam İnqilabının ilk illərində Ayətullahlar Behişti, Xameneyi və Mütəhhəri 70 nəfərlik heyət yaradaraq onları kadr kimi hazılayıblar. Bu heyətdə İbrahim Rəisi də olub. Təsadüfi deyil ki, İbrahim Rəisi həm də İranın növbəti ali dini lideri kimi görülür. 

Oxşar xəbərlər

İranda prezident seçkiləridir - Qutudan kim çıxacaq?
Xameneinin ölüm xəbəri yayıldı
İranın dini liderinin nümayəndəsi: İran Dağlıq Qarabağın tam azad olunmasını arzulayır
İranın Şuşa təbriki
Prezident Baş prokuror vəzifəsinə Kamran Əliyevin namizədliyini irəli sürdü - FOTO
İranda konfrans başladı: Qarabağ müzakirə olunacaq
Vilayət Eyvazovdan yeni TƏYİNAT
İranın vitse-prezidenti həbs edildi
Vilayət Eyvazov "Bandotdel"ə yeni şöbə rəisi təyin etdi
Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat edib
XİN-in Konsulluq İdarəsinin rəisi vəzifəsinə yeni təyinat - Foto
Bu universitetin iki dosenti vəfat etdi
Qarabağ Azərbaycana aiddir – İranın nüfuzlu din xadimi
Dünyanın ən təhlükəli terrorçusu öldürüldü - Tramp təsdiqlədi
Bu ərazilərdə it gəzdirmək qadağan edildi - Polis rəisi açıqladı
Mədəniyyət Nazirliyində yeni TƏYİNAT
BDU-nun professoru vəfat etdi
İran şirkətləri Qarabağda çalışacaq - Səfir
Heydər Əliyevin anadan olmasından 98 il ötür
Səfirlər Qarabağa dair son vəziyyəti müzakirə ediblər
İranda daha 65 nəfər koronavirusdan öldü
İnstitut direktoru VƏFAT ETDİ
"Güvənli xarici vaksin axtarışlarımız davam edir" - Ruhani
ABŞ-da 90 milyon insan səs verdi: Bayden Trampı üstələyir
Dəniz Nəqliyyatı Donanmasının vəzifəli şəxsi öldü - FOTO
“Qələbə labüd olduğundan heç kim Azərbaycanı itirmək istəmir“ - Sərdar Cəlaloğlu
Mirqafar Seyidovun vəzifəsini o icra edəcək
Beynəlxalq Bank Hacı İbrahim Nehrəmlini məhkəməyə verdi - Daha bir kredit qalmaqalı
DTX-nın həbs etdiyi rəisi o əvəzlədi - Nazirlikdə yeni təyinat (FOTO)
Mərkəzi Gömrük Hospitalında yeni təyinat - FOTO