“Ermənilər azərbaycanlı əsiri diri-diri yandırdılar” - Zərərçəkmiş
23-06-2021, 14:08
56

“Ermənilər azərbaycanlı əsiri diri-diri yandırdılar” - Zərərçəkmiş

“1994-cü ildə Kəlbəcər istiqamətində, Murovdağda əsir düşmüşəm”.

Bunu Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasında ifadə verən zərərçəkmiş Yaşar Abduləliyev deyib.

O bildirib ki, əsirlikdə olan zaman ermənilər tərəfindən dəfələrlə işgəncələrə məruz qalıb: “Eyvaz, Seymur və mən əsir düşmüşdük. Ermənistan MTN-in nümayəndəsi gəlib bizimlə söhbət etməyə başladı. Çox işgəncə verdilər. Sonra dedilər ki, Seymura işgəncə veriləndə o, müqavimət göstərib, ermənilər də onun üstünə benzin töküb yandırıblar. Bizi ayağımızdan və başımızdan zəncirlədilər. Seymurun yanmış meyitini mənə göstərdilər. Sonra məni uzun müddət gizlətdilər. Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlətdilər ki, belə bir əsir yoxdu. Üç aydan sonra məni Şuşa türməsinə gətirdilər. Orada o qədər işgəncələr verdilər ki, ölümcül vəziyyətə düşdüm. Xankəndi uşaq xəstəxanasına aparıb müalicə elədilər, yenidən Şuşa türməsinə qaytardılar”.

“Mkrtiçyan, Qəhərmanyan, Petrosyan məni dəfələrlə döyürdü. Mkrtiçyan ağzıma rezin bağladı, ağac parçası və kəlpətinlə dartıb dişimi çıxardı. Azərbaycanlı əsirləri Mkrtiçyan Şuşa türməsində bir-bir divara düzürdü, tikanlı odun parçası ilə kürəyimizə zərbələr endirdi. Mkrtiçyan Suqovuşanda, Şuşa türməsində azərbaycanlı əsirlərə işgəncə vermə üsulu ilə xüsusi seçilirdi. Ona görə də bu şəxsə ermənilər xüsusi hörmət edirdi.

Orda bir Bakı ermənisi mənə dedi ki, Mkrtiçyan Xocalı faciəsinin "qəhrəmanı"dır. Mkrtiçyan bizimlə həmişə Azərbaycan dilində danışırdı. Orda Bakı və Qarabağ erməniləri Azərbaycan dilində sərbəst danışırdı. Bizi isə vadar edirdilər ki, erməni dilində danışaq”.(report)

Oxşar xəbərlər

Azərbaycanlı əsirləri işgəncə ilə öldürən ermənilərin məhkəməsi keçiriləcək
Kamerada 40-a yaxın azərbaycanlı vardı, işgəncələrə dözməyənlər intihar etdi - Əsirlikdə olan şəxs - VİDEO
Azərbaycanlılara işgəncə verən ermənilərin məhkəməsi başlayır
Azərbaycanlı əsirlərə işgəncə verən ermənilərdən XƏBƏR VAR
Azərbaycanda saxlanılan erməni terrorçular hakim qarşısına çıxarılır
Azərbaycanda saxlanılan erməni terrorçular hakim qarşısına çıxarılır
Azərbaycanlı əsirlərə işgəncə verən erməni yaraqlısının həbs müddəti uzadıldı
Əsirlərə işgəncə verilməsi ilə bağlı beynəlxalq qurumlara müraciət olunub
“Ermənilər əsirlərimizə amansız davranıb, baş və ürəkdən güllələyiblər”
Əsirlikdə olan Bayram Kərimov ailəsinə xəbər göndərib
Səbinə Əliyeva əsir və girovlarla bağlı hesabatı beynəlxalq təşkilatlara göndərib
“Ermənilər ayağımı kəsdilər” - 35 gün əsirlikdə işgəncə görən qazi (VİDEO)
"Mən Şuşa türməsində ordumuzun gəlişini eşitdim" - Dilqəm Əsgərov
“Hər əlimdən bir barmağımı sındırdılar, elektrik…” – Dilqəm danışdı
Erməni hərbi əsirlər Baklda parada çıxarılacaq?
Mənə kəlbətinlə işgəncələr verir, iynələr vururdular - Erməni əsrliyində olmuş hərbçi
Dilqəm Əsgərovdan dəhşətli işgəncə etirafları: Şprisə spirt doldururdular, sonra...
Azərbaycanlı əsirlərə verilən işgəncələrə dair faktlar açıqlandı
Ermənilər Ordumuzun mövqelərini iki istiqamətdən atəşə tutub - NƏ BAŞ VERİR?
Daha bir hərbiçimiz əsirlikdən azad edildi
“Qarabağda tutulan ermənilər geri qaytarılmalı deyil” - Qubad İbadoğlu
Yaralı halda düşmənin cavabını verən Amin Musayevlə bağlı - AÇIQLAMA
3 kişi və 3 qadın diri-diri yandırıldı, 33 nəfər güllələndi: 29 il əvvəlki faciə
Əsir götürülən Amin və Bayramla bağlı müraciət
Ombudsman hərbi əsir və girovlarla görüşüb
Rusiyalı jurnalist Amin Musayevin həyatını necə xilas etdi? (TƏFƏRRÜAT)
İtkin düşən 7 meyitin qalıqları Azərbaycana təhvil VERİLDİ
İtkin düşmüş Xocalı sakini ilə bağlı videoçarx hazırlanıb - Video
Azərbaycan əsgərlərinin əsir aldığı erməni qadın snayper - FOTO
Hazırda 3 vətəndaşımız Ermənistanda əsir-girovluqda saxlanılır