Husilər 3 alayı darmadağın etdi: İrana hücum olacaq?
2-10-2019, 18:30
10 239

Husilər 3 alayı darmadağın etdi: İrana hücum olacaq?

Husilərin bu addımı Yaxın Şərqdə İrana qarşı təzyiqlərin ciddi şəkildə artmasına səbəb olacaq.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Yəməndəki husi qiyamçılarının Səudiyyə rəhbərliyindəki koalisiyaya aid 2 min əsgəri girov götürməsi, 200 hərbçini isə məhv etməsi barədə yayılan xəbərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, İranın əleyhinə olan qüvvələr meydanı qızışdırmağa çalışır:
“Ənsarullahın bu hücumundan sonra İranın vəziyyəti daha da ağırlaşacaq. Xüsusilə, Tehranın ABŞ və Avropa ölkələri ilə nüvə danışıqları ərəfəsində belə bir hücumun təşkil olunması onu göstərir ki, həmin görüşün əleyhinə olan qüvvələr var. Həmin qüvvələr İranı daxildən və xaricdən çox sıxışdırıb. Məhz indi onlar husilərə dəstək verərək, belə hücumları təşkil edir. Çünki təkbaşına Ənsarullahın bu səviyyədə böyük hərbi əməliyyatlar keçirməsi mümkün deyil”.
Politoloqun sözlərinə görə, İranın nüvə danışıqları ilə bağlı görüşdə iştirak etməsi o qədər də asan olmayacaq:
“İranın daxilində olan mühafizəkar qruplar hər dəfə belə görüşlərin təşkilinə mane olmağa çalışır. Amma bütün hallarda husilərin bu addımının məsuliyyəti İranın üzərinə düşəcək. Bu da yaxın Şərqdə İrana qarşı hərbi əməliyyatların başlanmasına səbəb ola bilər. Ümumiyyətlə, belə şəraitdə Avropa ölkələrinin İranla danışıqlara gedəcəyini və hər hansı bir razılığın əldə olacağını düşünmürəm”.
Qeyd edək ki, husilərin hərbi sözçüsü Yahya Sarya təşkil etdiyi mətbuat konfransında Səudiyyə Ərəbistanının cənub sərhədində yerləşən Nəcran şəhərində keçirilən genişmiqyaslı hərbi əməliyyatda iki mindən çox koalisiya əsgərini əsir götürdüklərini, 200-dən çox əsgəri öldürdüklərini deyib. Həmçinin, Sarya ərəb koalisiyasının üç alayının darmadağın edildiyini və yüzlərlə zirehli texnikanın ələ keçirildiyini bildirib.

Oxşar xəbərlər

Trampdan şok etiraf: Türkiyədəki nüvə silahlarımız…
Zərifdən şok: Səudiyyəni vuran raketləri prezident verib
PKK-nın xüsusi təyinatlıları Qarabağa göndərildi - TƏFƏRRÜAT
Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?
Bu ərazilərdə it gəzdirmək qadağan edildi - Polis rəisi açıqladı
Sensasion iddia: “Müharibə aktıdır” – Səudiyyəyə hücumda İranın rolu sübut olunur
Türk ordusu girdi: Bu ölkələr fürsət gözləyir... – İsti şərh
Ərdoğanın nüvə açıqlamasına Rusiyadan baxış
Gürcüstan ruhaniləri millətçiliyi alovlandırır
Səudiyyəyə hücumun qarşısını heç bir sistem ala bilməzdi - Danford
İranla müharibə üçün 120 min ABŞ əsgəri, B-52 bombardmançıları və... - QORXUNC SSENARİ REALLAŞIR
Kosmosdakı düşmənlər - hərbi peyklər niyə bu qədər qorxuludur? - TƏHLİL
Daha dəhşətli bəla gəlir, yüzmilyonlar öləcək
AMEA bir şəxsin maraqlarına qurban verilir - GƏLİŞMƏ
Azərbaycanlılar rahat yatsın, İsrail buna yol verməz - Diplomat
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
İranda DƏHŞƏTLİ QƏZA: 8 ölü, 18 yaralı
ABŞ-dan İrana şok: Birini də biz vuraq, səs çıxartmayın!
Elçin Quliyev Tovuz döyüşlərindən danışdı
“O məmurlar Rusiyanın tapşırıqlarına əməl etmək məcburiyyətində qalıblar” – Fəzail Ağamalı
Prezident bu sözü təsadüfən demədi: Hərbi variant…
İranın səhiyyə naziri: “May ayının sonlarında koronavirusu nəzarət altına alacağıq”
Ərdoğan Səudiyyə və Misiri “topa tutdu”
"Qrip mövsümünə hazır olun" - ÜST-dən xəbərdarlıq
İrandan Ermənistana silah daşınıb? - Səfirlikdən açıqlama
Türkiyə ordusunun 53 zabiti saxlanıldı
“Rusiya postsovet dövlətlərini işğal altındakı Krımın vəziyyətində görmək istəyir” – Hərbi ekspert
İran İsraildən tədarük etdiyi neftin pulunu tələb edib
İran Mərkəzi Bankının vurulmasına Tehrandan cavab