Türkiyədə istehsal olan ilk "Bayraktar TB2" pilotsuz uçuş aparatı kompleksi Ukraynaya gətirilib.
Bu barədə Ukraynanın müdafiə naziri Andrey Taran bildirib.
"Ukrayna hərbi donanması üçün ilk "Bayraktar TB2" pilotsuz uçuş aparatı kompleksi Ukraynaya təhvil verilib. Bazada kompleksin son qəbul testləri aparılır", - müdafiə naziri qeyd edib.