Amasya şəhərində Serap Akkaya və Emre Gider adlı cütlüyün toy mərasimi keçirilib. Adətə görə gəlin və bəyə müxtəlif qızıllar taxılıb və pul verilib.
Toyun ən bahalı və səs-küy yaradan hədiyyəsi isə gəlinin babasından gəlib. O yeni evlənən cütlüyə 300 min lirə (təxminən 60 min AZN) dəyərində olan qırmızı rəngli son model avtomobil hədiyyə edib.
Serapla Emre, o cümlədən məclisdə olanq qonaqlar hədiyyəni böyük təəccüb və sevinc hissi ilə qarşılayıblar.