COVID-19-un ağır keçməsinin yeni səbəbi tapılıb
24-07-2021, 14:00
72

COVID-19-un ağır keçməsinin yeni səbəbi tapılıb

ABŞ-dan olan alimlər nazofarenksdən (udlağın burun hissəsi) alınan analizlər əsasında koronavirus infeksiyasının gedişatının ağırlığını proqnozlaşdırmağın yeni yolunu tapıblar.
Tədqiqat “Cell” jurnalında dərc olunub.
Boston Uşaq Xəstəxanasının əməkdaşları Massaçusets Texnologiya İnstitutu və Mississippi Universitetinin Tibb Mərkəzinin mütəxəssisləri ilə birlikdə koronavirusa yoluxmuş 35 xəstənin burnundan götürülmüş yaxmaları araşdırıblar. Alimlərin fikrincə, nazofarenksdən götürülən analizlər qan nümunələrini araşdırmaqdan daha effektivdir.
Araşdırma müəllifləri burun və boğazdakı epitel hüceyrələrinin SARS-CoV-2-yə yoluxma zamanı ciddi dəyişikliklərə məruz qaldıqlarını aşkar ediblər. Belə ki, COVID-19-un yüngül və orta dərəcədə ağır formalarını keçirən xəstələrdə bu hüceyrələrdə antiviral reaksiyaya cavabdeh olan genlər, xüsusən də I tip interferonla stimullaşdırılanlar aktivləşib.
Xəstəliyin ağır formasına keçirən insanlarda isə epitel hüceyrələrinin interferona zəif reaksiyası səbəbindən antiviral reaksiyalar, əksinə, çox zəif olub. Onların yaxmalarında iltihab reaksiyalarını gücləndirən çox sayda makrofaq və digər immun hüceyrələr aşkar edilib.
Tədqiqatçılardan biri olan Xose Ordovas-Montaneysin sözlərinə görə, immunitet sisteminin fəaliyyətinin tənzimlənməsinə kömək edən interferona qarşı pozulmuş reaksiya insanları həm koronavirusa, həm də digər infeksiyalara qarşı daha həssas edir.
İndi alimlər bu reaksiyanın səbəbini öyrənməyi, eləcə də bunu burun spreyi və ya damcısı ilə gücləndirməyin mümkün olub-olmadığını anlamağı planlaşdırırlar. (report)

Oxşar xəbərlər

Koronavirusa qarşı immunitet 1 ay sonra təsirini itirir
Alimlər açıqladı: hansı insanlar koronavirusa yoluxmur?
"Azərbaycanda COVID-19-a üç dəfə yoluxan şəxs var"
Koronavirusun daha bir fəsadı ortaya çıxdı
Koronavirusun qarşısını bu üsulla almaq mümkündür - Alimlər AÇIQLADI
Sprey peyvəndlər 100 faiz nəticə göstərdi
Bu içki koronavirusla mübarizəyə yardım edir
Koronavirus xəstələrində ölüm hallarını azaldan dərmanların adları AÇIQLANDI
Diqqət! Koronavirusun bu simptomu yoxa çıxıb
Yaralı əsgərlərlə görüşlərin təxirə salınması təklif edilir
Koronavirusun atipik simptomları məlum olub
İsveçdə körpə ana bətnində ikən koronavirusa yoluxdu
Bu şəxslərin koronavirusun yeni ştammına yoluxma riski çox azdır
Hamilə qadınlara koronavirus XƏBƏRDARLIĞI: Çox təhlükəlidir
Bakıda it və pişiklərdən koronavirus testi götürüldü - FOTO
Qriplə koronavirusun 3 əsas fərqi - Həkim AÇIQLADI
Virusun çoxalmasının qarşısını alacaq burun spreyinin adı açıqlandı
Koronavirusun ən çox müşahidə olunan simptomları...
Allergiyası olanlar peyvənd vurdura bilər? - AÇIQLAMA
Britaniyada ağır COVID-19 xəstələri üçün dərman tapıldı
Karantin olmasaydı milyonlarla adam ölərdi... - ARAŞDIRMA
COVID-19-dan sağalanlar peyvənd olunmalıdırmı?
Virusa yoluxan gənclərin çoxunda ağırlaşma müşahidə edilir
Azərbaycanda koronavirusa yeni yoluxma aşkarlanıb, sağalanlar və vəfat edənlər var
COVID-19 xəstəliyini necə müəyyənləşdirmək olar?
Koronavirusun təsbit edilməsində itlərdən istifadə olunacaq
Alimlər koronavirusun ən təhlükəli ştamını aşkarladılar
Azərbaycanda koronavirusun yeni ştammı aşkarlandı - RƏSMİ
Havalar isindikcə yoluxma artacaq – Alimlərin koronavirus PROQNOZU
262 nəfərdə COVID-19 aşkarlandı, 2 nəfər vəfat etdi