Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 18 129 nəfər yoluxub.
Trend bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 19 688 663 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 476 nəfər ölüb, ölənlərin ümumi sayı 549 924 nəfər təşkil edir.