ABŞ generalı Bakıya niyə gəlir? - ŞƏRH
29-07-2021, 20:48
50

ABŞ generalı Bakıya niyə gəlir? - ŞƏRH

Azərbaycan ordusu NATO standartlarına keçidi sürətləndirməyi qarşıya məqsəd qoyub.

ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti Bakıdadır.

Tompson müdafiə naziri Zakir Həsənov və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudovla görüşüb, ikitərəfli əlaqələr müzakirə edilib.

 

Oklahoma Milli Qvardiyası Quru Qoşunları və Hava Qüvvərindən ibarətdir. ABŞ-ın 50 ştatında fəaliyyət göstərir.

ABŞ da Milli Qvardiyanın fəaliyyəti və dövlət missiyası müsbət xarakterizə edilir.

İndi Azərbaycan tərəfi həmin komandanlığın təcrübələrini öyrənir və həmin iş prinsiplərini orduya tətbiq edəcəyi qətiləşir.

Azərbaycan Silahlı Qüvvələri ilə ABŞ Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə İş Planı mövcuddur, həmin sənəd 2007-ci ilin sentyabrında imzalanıb.

Amma görünür ki, İş Planının müddəalarından irəli gələn vəzifələrin icrasında problemlər var və ya icra vəziyyəti ürəkaçan deyil.

Tompson-Mahmudov görüşündə Ştatla tərəfdaşlıq proqramı əsasında Azərbaycan ordusunun və Oklahoma ştatının Milli Qvardiyasının müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığının yeni istiqamətləri müəyyən olunub, birgə layihələr müzakirə olunub.

Bildirək ki, Ştatla tərəfdaşlıq proqramı həmin İş Planında əksini tapıb. Bu proqram hərbçilər və mülki şəxslər, eləcə də mülki orqanlar arasında qarşılıqlı fəaliyyətdə tərəflərə təcrübə mübadiləsi imkanı yaradır.

Proqramın məqsədi mülki-hərbi əlaqələrin təkmilləşdirilməsindən, regional təhlükəsizlik sahəsində əməkdaşlıq səviyyəsinin yüksəldilməsindən, peşəkar çavuşların hazırlanmasından, ABŞ və NATO ilə qarşılıqlı uyğunluq səviyyəsinin artırılmasından ibarətdir.

Ştatla Tərəfdaşlıq Proqramındakı tədbirlər illik Hərbi Əlaqələr Planına tam olaraq daxil edilir.

Yəni, postmünaqişə dövründə həmin İş Planının icrası aktuallaşıb. Ona görə ki, bu, Azərbaycan ordusunun NATO standartlarına böyük miqyasda keçidi üçün lazımdır.

ABŞ-Azərbaycan illik hərbi əlaqələrində dinamika müşahidə ediləcək, çünki Bakı nəzəri deyil, praktiki müstəvidə iş ortaya qoymağı hədəfləyib.

Oxşar xəbərlər

Türkiyəli generallar Müdafiə Nazirliyində görüş keçiriblər
İlham Əliyev ABŞ-ın Oklahoma ştatının qubernatorunu qəbul edib - FOTO
Kimlər general rütbəsinə təqdim olunub? - Nazirin bacanağı, rəisin bacısı oğlu... - SİYAHI
Azərbaycan və Pakistan hərbçiləri əməliyyat planlaşdırmasını müzakirə etdi
Azərbaycan və Pakistan ordularının birgə təlimləri müzakirə olundu
Zakir Həsənov Metin Tokel ilə görüşdü
Azərbaycan və Pakistan birgə hərbi təlimlər keçirəcək
Prezidentin təltif etdiyi generallar kimlərdir? - FOTO
Müdafiə Nazirliyində Əfqanıstan nümayəndə heyəti ilə görüş keçirilib
SİYASƏT Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
 Zakir Həsənov NATO admiralı ilə görüşdü
Zakir Həsənov Pakistan Quru Qoşunlarının komandanı ilə görüşüb - FOTO
Zakir Həsənov rus sülhməramlıların komandanı ilə görüşdü
Zakir Həsənovdan Şuşa və Laçındakı birliklərə TAPŞIRIQLAR
Müdafiə Nazirliyinin üç generalı İŞDƏN ÇIXARILDI
Azərbaycan, Türkiyə və Pakistan hərbçiləri birgə təlimlər KEÇİRƏCƏK
Zakir Həsənov Əfqanıstanın ölkəmizdəki yeni səfiri ilə görüşdü
Zakir Həsənov Türkiyəyə başsağlığı verdi
Prezident onlara general rütbəsi verdi
Paradda qoşun növlərinə onlar rəhbərlik edib - ADLAR
Zakir Həsənov Çinə gedəcək
Azərbaycanla Türkiyə arasında hərbi sahədə Birgə Komissiya yaradılır
Zakir Həsənov Türkiyəyə getdi
Bu gün şəhid general-mayor Polad Həşimovun doğum günüdür
Zakir Həsənov Türkiyəyə başsağlığı verdi
Azərbaycanın Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşüb
Təltif edilməyən generallar - SİYAHI
Pakistanın ordu generalı Azərbaycana gələcək
Ermənistanda hərbi çevriliş, bütün ordu hərəkətə keçdi – SON DƏQİQƏ
Prezidentin təltuf etdiyi general Tofiq Hüseynov KİMDİR?