Türkiyədə meşə yanğınlarını törədən "Atəşin uşaqları" adlı terrorçular kimlərdir? - FOTO
2-08-2021, 11:32
91

Türkiyədə meşə yanğınlarını törədən "Atəşin uşaqları" adlı terrorçular kimlərdir? - FOTO

Türkiyədə eyni vaxtda fərqli bölgələrdə baş verən yanğınlar təxribat ehtimalını ortaya qoyub.
6 gün ərzində 35 rayonu əhatə edən meşə yanğınları hazırda 7 məntəqədə davam edir.
Bu günə kimi 8 nəfərin həyatına son qoyan yanğınlar Manavqat, Kayseri, Osmaniyə, Mersin, Kilis, Marmaris, Bodrum, Didim, Milas və Antalyada bir-birinin ardınca qeydə alınıb. Türkiyənin iqtisadiyyatına böyük ziyan vuran yanğınların terrorçular tərəfindən törədildiyi üzə çıxıb. Ölkədə terror təşkilat kimi tanınan “Atəşin uşaqları” qruplaşması Türkiyə meşələrində baş verən yanğınlara görə məsuliyyəti öz üzərinə götürüb.
“Yeni şəfəq” qəzetinin yazdığına əsasən, müvafiq bəyanat PKK terror təşkilatının sosial media hesablarında yer alıb. Bəyanatda bildirilib ki, təşkilat üzvlərini bu addımları atmağa ölkə hökumətinin “başqa dildən anlamaması” vadar edib.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyi yanğınların səbəbi və təxribat ehtimalının olub-olmaması ilə əlaqədar geniş araşdırmalara başlayıb. 2019-cu ildə baş verən bir çox yanğına görə məsuliyyəti üzərinə götürən PKK-nın bu qruplaşması "Atəşin uşaqları" adı ilə tanınır. Məlumata görə, bu qruplaşma Türkiyənin müxtəlif bölgələrində fərqli vaxtlarda meşələri yandırıb və təxribatlar törədib.
1990-cı ildən etibarən meşə yanğınlarını törətməyə başlayan PKK terror təşkilatı bu illər ərzində bir çox yanğın hadisələrini həyata keçirməyə müvəffəq olub. Türkiyədə meşələrin yandırılması barədə təlimatı terror təşkilatının lideri Murat Karayılan 2020-ci ildə verib.
Ötən il Hatayda baş verən və böyük ziyan vuran yanğınları da PKK-nın "Atəş uşaqları" adlı qruplaşması törətmişdi.

Oxşar xəbərlər

Türkiyədə meşələri belə yandırıblar - VİDEO
“Türkiyəni biz yandırmışıq” - Bu təşkilat məsuliyyəti üzərinə götürdü
Türkiyədə yanğınların əsl səbəbini araşdıracaq xüsusi dəstə YARADILDI
Türkiyə alovun cəngində: Ölənlərin sayı 8-ə çatdı
Ərdoğandan Türkiyədəki dəhşətli yanğınlara REAKSİYA
Erməni terrorçuları Kəlbəcərə gedirlər - FOTO
Türkiyədə genişmiqyaslı əməliyyat: 700-dən çox saxlanılan var
Meşə yanğınları ilə bağlı əhaliyə MÜRACİƏT
Erməni terrorçuları Kəlbəcərə gəlir
Türkiyədə 40 nəfərin ölümündə günahlandırılan terrorçu SAXLANILDI
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 126 nəfər saxlanıldı
Deputat: "Bu bir daha göstərir ki, Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır"
ŞOK: Ərdoğanın evinin önündə terrorçular tutuldu - Foto
Türkiyə ordusu PKK-nın rəhbərlərindən birini məhv etdi
Ermənistanın atəşləri nəticəsində meşələrdə və mülki obyektlərdə yanğınlar baş verdi
FHN-in 500 nəfərlik şəxsi heyəti, helikopterlər Türkiyəyə göndərilir
Ermənilər 54 min hektar meşə fondumuzu məhv edib
Türkiyədə hərbi hissəyə hücumun qarşısı alındı
Türkiyədə daha bir meşədə yanğın oldu
“Türkiyə xalqının kədəri bizim kədərimizdir” - Mehriban Əliyeva
Rusiyada terrorçular belə saxlanıldı – VİDEO
Qarabağda PKK/YPG terrorçuları məhv edilir
Müğənninin ferması yandı, qorxudan iflic oldu - FOTO
Putinlə Ərdoğan arasında telefon danışığı oldu
Prezident Ərdoğana başsağlığı verdi
Şuşanın bu kəndində erməni terrorçular qalır: Vəziyyət gərgindir - VİDEO
İŞİD Türkiyədə qan tökməyə hazırlaşırmış -  “Məsul şəxs“ Qasım Güler yaxalandı
Ceyhun Bayramov: "Başın sağ olsun, qardaş Türkiyə!”
Qardaşa köməyə gedənlər Türkiyə mediasında - Video
"Bu gün də müxtəlif ölkələrdən Ermənistana terrorçular axışır" - Ölkə başçısı