Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinin bölmələri son bir gündə 400-dən çox “Taliban” silahlısının məhv edildiyini açıqlayıb.
Xarici KİV xəbər verir ki, Əfqanıstan ordusu “Taliban”la Nanqarhar, Paktia, Paktika, Loqar, Kandahar, Herat, Faryab, Kovzcan, Balk, Samanqan, Helmand, Takhar, Kunduz, Baqlan və Kapisa əyalətlərində şiddətli döyüşlər aparır. Verilən məlumatlara görə, Əfqanıstanın üçüncü ən böyük şəhəri olan Herat şəhərinə “Taliban” qüvvələri daxil olub. Silahlı qrupların şəhər həbsxanasına hücum cəhdlərinin dəf edildiyi vurğulanıb. Davam edən qarşıdurmalarda son 24 saat ərzində 455 “Taliban” üzvünün öldürüldüyü, 232-nin isə yaralandığı qeyd olunub.