Türkiyəyə yanğınla bağlı neçə ölkə kömək edib?
3-08-2021, 21:08
56

Türkiyəyə yanğınla bağlı neçə ölkə kömək edib?

Türkiyənin cənubunda iyulun 28-dən başlayaraq davam edən meşə yanğınlarının söndürülməsində bir neçə ölkənin təyyarəsi iştirak edir.
Türkiyənin Meşələr üzrə Baş İdarənin nümayəndəsi Mustafa Özkaya ölkədə meşə yanğınlarının söndürülməsində iştirak edən xarici ölkələrin hava nəqliyyatı növlərinə dair ətraflı məlumat yayıb.
Onun sözlərinə görə, hazırda xarici ölkələrə məxsus ümumi 18 hava nəqliyyatı yanğınların söndürülməsində fəal iştirak edir.
O bildirib ki, Türkiyə ümumilikdə 45 helikopter və 3 təyyarəyə sahibdir. 
M.Özkaya əlavə edib ki, hazırda ölkədə olan 18 hava nəqliyyatı növünün 12-si təyyarə, 6-cı isə helikopterdir. O təyyarələrin 10-nun, helikopterlərin isə hamısının ödəniş olmadan gətirildiyini deyib. 
“Ölkənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi, XİN və yaxud AFAD vasitəsilə hər hansı beynəlxalq köməklə bağlı çağırış edilməyib. İran 1 təyyarə və 2 helikopter ilə dəstək göstərdi. Azərbaycan 1 helikopter və 53 maşından ibarət dəstə ilə hazırda yanğın bölgəsinə çatmaq üzrədir. Ukraynadan 3 təyyarə, Rusiyadan 5 təyyarə və 3 helikopter gəldi. 
Mustafa Özkaya “Mülki Müdafiə Mexanizmi”nin aktivləşdirilməsi məsələsinə toxunaraq qeyd edib ki, Aİ ölkələrindən göndərilməli olan təyyarələr dəstək deyil, Türkiyənin haqqıdır. 
O AFAD-ın bu mexanizmə üzv olduğunu və illik vəsait ödədiyini vurğulayıb. 
Özkaya Xorvatiya, İspaniya, Fransa və Rumıniyadan da təklif gəldiyini deyib. Lakin Rumıniya təyyarəsi Türkiyənin şərtlərini qarşılamadığından, Fransanın təyyarəsi isə amfibiya olmadığından bu iki ölkənin təyyarəsinə ehtiyac duyulmayıb. 
Bununla yanaşı, Xorvatiyadan 1, İspaniyadan isə 2 təyyarə Türkiyəyə çatıb.

Oxşar xəbərlər

Türkiyədəki yanğını söndürən Azərbaycan helikopterindən VİDEOREPORTAJ
Türkiyənin daha iki bölgəsində yanğın başladı
Ərdoğan yanğının söndürülməsində Azərbaycandan cəlb olunan təyyarələrin köməyindən danışdı - VİDEO
Yardımlı meşəsində YANĞIN - Havaya helikopter qaldırıldı
Türkiyə alovun cəngində: Ölənlərin sayı 8-ə çatdı
Deputat: "Bu bir daha göstərir ki, Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır"
Putinlə Ərdoğan arasında telefon danışığı oldu
Kanadada helikopter qəzaya uğradı - Ölənlər var
Avropa İttifaqı Türkiyəyə təyyarə göndərir
"Azərbaycan sağ olsun, helikopter göndərdi” - Çavuşoğlu
Azərbaycan yanğınsöndürənləri Türkiyədə
Türkiyədən şad xəbər: 134 yanğın nəzarət altına alındı
Prezident Türkiyənin kənd təsərrüfatı və meşə nazirini qəbul etdi
Azərbaycan və Türkiyə tankçıları birgə təlim keçir - Video
Türkiyə nazirinin olduğu təyyarə təcili eniş etdi - Video
İstanbul-Bakı reysində nasazlıq - Sərnişinlər təxliyə edildi
Ermənilər 54 min hektar meşə fondumuzu məhv edib
ABŞ-da meşə yanğınları davam edir
Azərbaycan nümayəndə heyəti yanğınlarla bağlı Türkiyəyə getdi
Yaxın Şərqdə ən güclü orduya malik olan ölkə hansıdır? - SİYAHI
Ərdoğandan Türkiyədəki dəhşətli yanğınlara REAKSİYA
İranda təyyarə qaçırmağa çalışdılar, amma...
“Türkiyəni biz yandırmışıq” - Bu təşkilat məsuliyyəti üzərinə götürdü
Etibar Mirzəyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə getdi
Çində helikopter qəzaya uğradı - 2 nəfər öldü
FHN və ETSN Yardımlıdakı yanğınla bağlı MƏLUMAT YAYDI - VİDEO
Yunanıstan Türkiyəyə qarşı silahlanır: ABŞ-dan F-35 alır
Füzuli hava limanının iqtisadiyyata faydası nə olacaq?
Türkiyənin 7 bölgəsində yanğınlar davam edir
Türkiyədəki meşə yanğıları ilə bağlı yeni şübhələr ortaya çıxdı – VİDEO