Dünya azərbaycanlılarının Türkiyəyə həmrəylik nümayişi
3-08-2021, 18:53
66

Dünya azərbaycanlılarının Türkiyəyə həmrəylik nümayişi

Dünya azərbaycanlıları Türkiyəyə həmrəylik nümayiş etdiriblər.
 
 Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
"Məlumdur ki, Türkiyə Respublikasının müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları çoxlu fəsadlar törətməklə fauna və floranı məhv etmişdir.
Təbii ki, bu hadisə dünya azərbaycanlılarını, xaricdə yaşayan soydaşlarımızı və həmvətənlərimizi də son dərəcə kədərləndirmişdir.
Bəllidir ki, güclü Türkiyə dövləti bu fəlakətin öhdəsindən tezliklə gələcəkdir. Lakin Azərbaycan diasporu hər bir məsələdə olduğu kimi, belə bir vəziyyətdə də ortaq dəyərlərə - milli-mənəvi irsə, dilə, tarixə, mədəniyyətə, adət-ənənələrə malik ölkə, xalq - Türk diasporu ilə birlik və həmrəyliyini göstərməkdə israrlıdır.
Qardaş Türkiyənin füsunkar təbiətini əvvəlki görkəminə qaytarmaq üçün mütəşəkkilliklə dəstək nümayiş etdirir.
Bu xüsusda, dünya azərbaycanlıları doğma Türkiyəmizin “yaşıl donu”nun yenidən bərpa edilməsi məqsədi ilə “hərəmiz bir fidan olaq” adlı kompaniyaya start vermişdir.
Bir sözlə, Azərbaycan diaspor təşkilatları və nümayəndələri, habelə Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor təmsilçiləri həmin kampaniyada yaxından iştirak etməklə bu bəşəri missiyaya öz töhfəsini vermiş olacaqdır.
Göründüyü kimi, bu addım ekoloji təmiz bir dünya üçün birik və həmrəyik örnəyidir", - deyə məlumatda qeyd olunub.


Oxşar xəbərlər

Prezident Ərdoğana başsağlığı verdi
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət edib
Mehriban Əliyeva dünya azərbaycanlılarını təbrik etdi
“Daim Azərbaycanın yanında olacağımızı dünya bilməlidir” - Hulusi Akar
Həmişə dövlətimizin, ordumuzun, əsgərimizin yanındayıq - Xaricdəki ziyalılar
Azərbaycan vətəndaşlarından Türkiyəyə dəstək - VİDEO
Deputat: "Bu bir daha göstərir ki, Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır"
Mayın 25-də “YAŞAT” Marafonu keçiriləcək
İlham Əliyevdən Azərbaycan xalqına BAYRAM TƏBRİKİ
FHN-in 500 nəfərlik şəxsi heyəti, helikopterlər Türkiyəyə göndərilir
İstanbulda Azərbaycana dəstək aksiyası
Azərbaycan və Türkiyə rəsmiləri əməkdaşlıq istiqamətlərini müzakirə etdilər
Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir - Millət vəkili yazır
"Şuşada müttəfiqlik Bəyannaməsini imzalayarkən gələcək nəsillərə yol göstəririk"
Yenidənqurma işləri ilə bağlı ilk müqavilə bağlanan şirkətlər bəlli oldu
Azərbaycanlı dünya çempionndan türkiyəli rəqibinə dostluq mesajı
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
Azərbaycanda rəsmi iş günü nə vaxtdır?
“Bu müharibə onun yanında yalan olacaq” – Əliyevdən xəbərdarlıq
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib
“Aeroportda 50 qramlıq yükü buraxmırlar, bu qədər silah, texnika necə keçirilir?!” - deputat
7 dövlət Türkiyəyə qarşı birləşdi
"İlham Əliyevin Türkiyəyə dəstəyi qardaşlıq münasibətlərimizin nə qədər möhkəm olduğunu bir daha göstərdi"
Putinlə Ərdoğan arasında telefon danışığı oldu
Qarabağ qazisi toplantıda iştirak etdi - FOTO
Türkiyə KİV-dən Ordumuza tam DƏSTƏK
“Yüzlərlə azərbaycanlı idmançı hazırdır, növbəmizi gözləyirik”
İlham Əliyev Ərdoğana təşəkkür etdi
Ombudsman erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə video-müraciət etdi