İtaliyada son günlər baş verən yanğınlar hələ də tam nəzarətə alınmayıb.
Xarici KİV xəbər  verir ki, yanğınlar Sicilya adasının 250-dən çox nöqtəsində qeydə alınıb. 2000 hektardan çox ərazi yanaraq yararsız hala düşüb. Güclü küləklər yanğının söndürülməsinə mane olur.
Turistlər yanğın baş verən ərazilərdən təxliyyə olunublar. Tüstüdən zəhərlənən 30 nəfər müalicə üçün xəstəxanalara yerləşdirilib.
Yanğının səbəbləri  dəqiq bəlli deyil. Hazırda ölkədə 40 dərəcə istiliyi olduğu bildirilib.
"EFFIS "in peyk görüntülərinə görə, Sardinya adasındakı yanğının geniş miqyasda nəzarət altına alındığı bildirilsə də, adanın bəzi yerlərində yanğın hələ də aktiv olaraq qalır.
Ümumilkdə 2021-ci ildə "EFFIS" İtaliyada indiyə qədər 298 meşə yanğını qeydə alıb. Ölkədə yanğınlar səbəbindən 76 min 388 hektar ərazi yanıb.