Əfqanıstanla sərhəd yaxınlığındakı Harb-Maydon poliqonunda Rusiya, Tacikistan və Özbəkistan silahlı qüvvələrinin birgə təlimləri başlayıb.
Xarici KİV xəbər verir ki,  Rusiya tərəfindən tədbirin açılış mərasimində Mərkəzi Hərbi Dairə komandirinin müavini Yevgeni Poplavski, Tacikistanın müdafiə nazirinin müavini Abduxoşim Qulomzoda, Özbəkistan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Fərrux Ziyabayev iştirak edib.
Qeyd olunub ki, təlimin əsas məqsədi dövlətlərin silahlı qüvvələri arasında sıx qarşılıqlı əlaqəni gücləndirməkdir.