Bodrumun Mumcular bölgəsində başlayan meşə yanğınları səbəbilə bağlı yeni faktlar ortaya çıxıb. 
Türkiyə KİV xəbər verir ki, sözügedən  bölgədə yanğını törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.
Məlumata əsasən, bu şəxslər avtomobildən siqaret kötüyünü ətrafa ataraq tədbirsizlikdən, eləcə də yanğına səbəb olmaqda təqsirli hesab olunur. 
Bildirilib ki, hazırda araşdırma davam edir.