Təxminən 3 həftə əvvəl ABŞ-ın Kaliforniya ştatının meşə sahəsində başlayan və "Dixie" adlanan yanğınlar əyalətin şimalını viran qoyub. 
Yanğın Kaliforniyanın ikinci ən böyük yanğını olaraq qeydə alınıb. Kaliforniya Meşə və Yanğından Mühafizə İdarəsi yanğınla bağlı hesabatı paylaşıb. 
Bildirilib ki, sözügedən hadisə nəticəsində 187 min hektardan çox meşə və ərazi yanıb. 
Məlumata görə, indiyə qədər minlərlə insan təxliyə olunsa da, heç kim ölməyib.
Qeyd edək ki, şiddətli yanğınları söndürmək hələ də mümkün olmayıb.