Rusiyanın Sibir bölgəsində baş verən meşə yanğınları davam edir.
Sözügedən şiddətli yanğından qalxan tüstü 3 min kilometr uzaqlıqdakı Şimal qütbünə qədər gedib çatıb.
NASA-nın paylaşımına əsasən, yanğınlar ərazidəki nüvə araşdırma laboratoriyalarını və yüzlərlə evi təhlükə altında qoyub.
Qeyd edək ki, bir neçə həftədir davam edən yanğın təxminən 4 milyon hektar ərazini külə çevirib.