Çexiyada hər il orta hesabla 74 qadın öldürülür.
Avropa Statistika Bürosu (Eurostat) Çexiyadakı bu vəziyyətin Avropada ən yüksək göstəricilər arasında olduğunu açıqlayıb.
Çexiya Polis İdarəsinin sözçüsü Yakub Vincalek cinayətləri kişi və ya qadın olaraq deyil, işlənmə üsuluna görə təsnif etdiklərini diqqətə çatdırıb:
“Cinayətlərdə qadın və kişi arasında ayrı -seçkilik etməyimiz lazımsız bir şeydir”.
Qeyd edək ki, Çexiyada bu cür cinayətlərin ümumi sayı 2018-ci ildə 116, 2019-cu ildə 143 və 2020-ci ildə 130 olaraq açıqlanıb.