Özbəkistan Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin hava sərhədlərini pozan Əfqanıstan təyyarəsini vurub.
“RİA Novosti” xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyindən bildirilib.
Surxandərya vilayətinin Şerabad rayonu ərazisində Əfqanıstana məxsus hərbi təyyarənin Özbəkistanın hava sərhədlərini pozduğu zaman Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğu qeyd edilib.
***14:05
Özbəkistanın Surhanderya bölgəsində  Əfqanıstan təyyarəsi qəzaya uğrayıb. 
Gazeta.uz xəbər verir ki, Əfqanıstan silahlı qüvvələrinə məxsus təyyarənin dünən gecə Özbəkistanın Əfqanıstanla sərhədindəki Surxandarya bölgəsində qəzaya uğradığı iddia edilib.  
Qeyd olunur ki, qəzada təyyarədə olan iki Əfqanıstan əsgərinin yaralandığı və Tirmizidəki xəstəxanaya aparıldığı bildirilib. Özbəkistan ordusu da Əfqanıstan təyyarəsinin ölkə sərhədinə yaxın bölgədə qəzaya uğradığını təsdiqləyib.