Yunanıstanın müxtəlif ərazilərində meşə yanğınlarının söndürülməsi işləri davam edir.
Paytaxt  Afinanın yerləşdiyi Attika bölgəsinin şimal-qərbindəki Vilia əyalətində baş verən yanğının yaşayış məntəqələrinə yayılması nəticəsində bəzi bölgələr boşaldılıb.
Təxminən 10 kilometrlik bir ərazini əhatə edən yanğına, Rusiyanın Beriev-200 tipli təyyarəsi, 6 helikopteri, 330 yanğınsöndürən və 115 vasitə daxil olmaqla 5 yanğınsöndürmə təyyarəsi müdaxilə edilib.
Qeyd edək ki, dünən Afinanın cənubundakı Keratea bölgəsində baş verən yanğın nəzarət altına alınıb.