Müğənni İdo Tatlısəs uzun zamandır  taxdığı və  demək olar ki, çıxartmadığı  qol saatı ilə gündəmə  gəlib. 
Bunula bağlı jurnalistlərin suallarını  cavablandıran İdo bunun  səbəbini  açıqlayıb. Belə  ki, məşhur saat Türkiyə Respublikasının 9-cu prezidenti Süleyman Dəmirəl tərəfindən İbrahim Tatlısəsə verilən bir hədiyyədir. 
1993-cü ildə prezident  tərəfindən İbrahimə  təqdim olunarkən, "Gələcəkdə  bir  oğlun olarsa,  ona taxarasan" sözlərini  deyib.  Müğənni  illər əvvəl verilən sözünü tutub. Süleyman Dəmirəlin  də fotosu olan saatı İdoya verib.  
Gündəm mövzusuna çevrilən saatı "Instagram" hesabında paylaşan İdo,  "Varmı sənin bənzərin?"  başlıqlı şərh yazıb. 
 
Tatlısəsin oğlunun taxdığı saat görünkimin HƏDİYYƏSİ İMİŞ (FOTO)

Tatlısəsin oğlunun taxdığı saat görünkimin HƏDİYYƏSİ İMİŞ (FOTO)