"TRT1" telekanalından yayımlanan "Teşkilat" serialının ikinci mövsümünün çəkilişləri dayandırılıb.
Ekran işində "Yıldırım" obrazını canlandıracaq olan aktyor Gürkan Uygunun koronavirusa yoluxduğu aşkarlanıb.
Bundan başqa serialın iki rejissoru Burak Arlıel və Burak Müjdecinin Ankaradakı çəkilişlər zamanı verdikləri test nəticələri də pozitiv çıxıb.
Qeyd edək ki, serialda Dəniz Baysal Yurtcu, Çağlar Ertuğrul, Ezgi Şenler, Mehmet Usta, Mesut Akusta, Gürkan Uyqun kimi məşhur aktyorlar çəkilir.