İranda ötən sutka ərzində 595 nəfər koronavirusdan ölüb, 30 279 yeni yoluxma qeydə alınıb.
Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da İranda virusdan ölənlərin sayı 108 988, yoluxanların sayı isə 5 055 512 nəfərə çatıb. Virus daşıyıcılarından 7 831 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 4 269 508 nəfər koronavirusdan sağalıb.
Ümumilikdə isə qonşu ölkədə təxminən 28,4 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 19,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 9,3 milyon təşkil edir.
Koronavirusa yoluxma üzrə 306 rayon qırmızı, 110 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır.