Almaniya yalnız Bundesver və Xarici İşlər Nazirliyi missiyalarında xidmət edən əfqan əməkdaşları deyil, sığınacağa ehtiyacı olan Əfqanıstan vətəndaşlarını da qəbul edəcək.
“Spiegel” nəşri xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel avstriyalı həmkarı Sebastyan Kurzla keçirdiyi mətbuat konfransı zamanı bildirib.
"Həmişə demişik ki, təkcə yerli işçiləri (AFR-ə işləyənləri) deyil, Almaniyaya xüsusi işlərə cəlb olunan insanları da qəbul etmək istəyirik... Hamımız Kabil hava limanındakı şəraiti gördük... Sığınacağa ehtiyacı olan insanlar da qəbul edildi”, - deyə  o, ifadə edib. 
Merkel Almaniyanın Əfqanıstan ərazisindən 40 minə qədər insanı köçürməyi nəzərdə tutduğunu da əlavə edib. Baş kansler vurğulayıb ki, bu insanlardan neçəsinin Əfqanıstanı həqiqətən tərk etmək istəyəcəyini müəyyənləşdirmək lazımdır. Onun fikrincə, hər şey silahlıların ölkədə yaradacağı şəraitdən asılı olacaq.