İranın Rəzəvi Xorasan əyalətində rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə yerli mənbələr məlumat yayıb. Bildirilir ki, yeraltı təkanların episentri Qoçan şəhərindən 43 kilometr məsafədə yerin 2 kilometr dərinliyinə yerləşib. Zəlzələ qonşu vilayətlərdə də hiss edilib. Bölgəyə çox sayda xilasetmə qüvvəsi cəlb edilib.

Tələfat barədə məlumat yoxdur. Tikililərdə fəsadların olduğu bildirilir. / Metbuat/