Fransa Prezidenti Emmanuel Makron Afrikanın Sahel bölgəsində İŞİD-in Afrika qitəsindəki liderinin öldürüldüyünü açıqlayıb.
"İŞİD terror təşkilatının Böyük Səhradakı lideri Adnan Abu Valid Əl-Səhrai Fransa hərbçiləri tərəfindən məhv edilib. Bu, Böyük Səhradakı terror qruplaşmalarına qarşı mübarizəmizdə növbəti böyük uğurdur” – Fransa prezidenti qeyd edib.
 
Qeyd edək ki, Adnan Abu Valid Əl-Səhrai Afrikada İŞİD-in ən nüfuzlu rəhbərlərindən biri olub.
Onun göstərişi ilə 2020-ci ilin avqust ayında Afrikada humanitar yardımla məşğul olan altı fransalı və onların nigeriyalı sürücüsü edam edilmişdi.
Mənbə: Emmanuel Makronun "Twitter” səhifəsi