“Dördüncü dalğa əvvəlki üç dalğadan da güclü olacaq” - Bədbin proqnoz
16-09-2021, 21:26
37

“Dördüncü dalğa əvvəlki üç dalğadan da güclü olacaq” - Bədbin proqnoz

Rusiya sentyabrın sonu dördüncü dalğaya hazırlaşır. Artıq mütəxəssislər bunun qaçılmaz olduğunu bildirir. Hər ölkədə dalğa sayları eyni olsa da, bəzilərində gec, bəzilərində tez başlayır.
Hazırda Azərbaycan üçüncü dalğanı keçir.
Seçenov adına universitetin mütəxəssisi Artyom Gil yeni dalğaya səbəb olacaq faktorları açıqlayıb.
“Dördüncü dalğa oktyabrın əvvəllərində gözlənilir. Mənim fikrimcə, bu mövsümi olaraq, havaların soyuması, respirator xəstəliklərin yayılması, eləcə də təhsil müəssisələrinin açılması, işçilərin məzuniyyətdən qayıtması və insanların daha çox qapalı məkanlarda olması ilə əlaqədar olacaq.
İstənilən halda, hətta qapanma olsa belə, 4-cü dalğa qaçılmazdır. Biz artıq bunun öncəki epidemioloji faktorlarını görürük.
Hazırda üşüncü dalğanın sonudur. Sutkalıq ölüm 800 nəfərdir. Dördüncü dalğanın pikində bu rəqəm 1500-ə çata bilər. Nəyə görə? Bunun bir səbəbi populyasion immunitetin aşağı səviyyədə olmasıdır. Ölkədə vaksinasiya cəmi 30% insanı əhatə edir. Əhalinin 80%- i də virusa yoluxmayıb ki, kütləvi immunitet yaransın. Bir doza ilə peyvənd olunanlar da dördüncü dalğaya düşəcək və yoluxacaq.
Digər faktor – payız və qışda daha yoluxdurucu ştamların yayılmasıdır. Delta variant 100% hallarda qeydə alınıb. Lakin deltadan ölüm halı elə də çox deyil. Amma delta qış ştammları ilə qarışsa, bu ölüm sayının artmasına ciddi təkan verəcək. Artıq heç bir qurum, şirkət işçiləri evdən işləməyə göndərməyəcək, karantin qaydaları sıradan çıxır. Mağaza, kafelər, məktəblər – hər yer açıqdır. Bu da dördüncü dalğanı birinci, ikincidən fərqləndirəcək. Çünki ötən il bu məkanlar bağlı idi.
İnsanların arxayınlaşması, virusu saymaması bizə baha başa gələcək. İndi marketlərdə, metroda belə heç kim dezinfeksiya edici məhlula yaxınlaşmır. Heç kimin çantasında spirt yoxdur. Biz pandemiyanın əvvəlindəki kimi diqqətli deyilik, amma virus ruhdan düşməyib, o daha da güclüdür. Ona görə də qurbanları artır. Dördüncü dalğa daha nəhəng olacaq. Səhiyyə sistemi, hökumət buna daha yaxşı ciddi hazırlaşır.
Epidemiyanın və dalğaların sönməsi üçün bütün dünyada və qonşu ölkələrdə, həmçiknin bizdə əhalinin 80%-i peyvəndlənmiş olmalıdır. Hələ ki, yaxın 3 ayda bu nəticəyə çatmayacağıq”. 

Oxşar xəbərlər

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı
Azərbaycanda koronavirusun ikinci dalğası olmaya bilər
Ruhani: Koronavirusun dördüncü dalğası başlaya bilər
“Türkiyədə 4-cü dalğa başlaya bilər“ - Həkim
İranda koronavirusun 4-cü dalğası başladı
Dördüncü dalğa qapıda: Bizi nə gözləyir?
Virusla bağlı kritik məqam: - “Azərbaycanda ilk dalğa hələ bitməyib”
Azərbaycanda toylar bu tarixdən qadağan oluna bilər - AÇIQLAMA
Dördüncü dalğa başladı
“Dördüncü və beşinci dalğa da olacaq“ - Rəşid Mahmudov
Türkiyədə dördüncü dalğa xəbərdarlığı
İstirahət mərkəzlərinə gedərkən COVID pasportu tələb oluna bilərmi? - AÇIQLAMA
TƏBİB rəsmisindən qapanma ilə bağlı açıqlama
Üçüncü dalğanın astanasındayıq - Həkimdən XƏBƏRDARLIQ
Azərbaycanda virusun üçüncü dalğası yarana bilər - XƏBƏRDARLIQ
İyul ayında maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
ÜST: Pandemiyanın üçüncü dalğası istisna olunmur
Həkim-infeksionist: “İkinci dalğa qaçılmazdır, daha çox yoluxma...”
Həkimdən şad xəbər: Azərbaycanda dördüncü dalğa olmayacaq (VİDEO)
Nazirlik rəsmisi xəbərdarlıq etdi: “Payızda yoluxma arta bilər“
SMS icazə ilə bağlı VACİB XƏBƏR
İngiltərədə küçəyə çıxmaq qadağan olunur
Koronavirusun dördüncü dalğası gəlir - AÇIQLAMA
Bir ay sonra Azərbaycanda COVİD-in üçüncü dalğası başlayacaq - İDDİA
“Yoluxmaların artması artıq ikinci dalğa deməkdir” – ADİL QEYBULLA
ABŞ-da koronavirus pandemiyasının dördüncü dalğası başlayıb
Azərbaycanda yenidən qapanma ola bilərmi? - AÇIQLAMA - VİDEO
Üçüncü dalğanın ya bu ay, ya da apreldə olacağı gözlənilir – Karantin sərtləşdilir?
Koronavirusun təhlükəli növü dəhşət SAÇIR - Sərhədlərimizə qədər çatdı
“Azərbaycanda ikinci dalğa olmayacaq”