ÜST-dən koronavirusla bağlı ŞAD XƏBƏR
16-09-2021, 18:56
47

ÜST-dən koronavirusla bağlı ŞAD XƏBƏR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həftəlik koronavirus hesabatını paylaşıb.
“Haber Global” məlumat verir ki, təşkilatdan ötən həftə dünyada koronavirusa, təxminən, 4 milyon nəfərin yoluxduğu bildirilib.
Qeyd edilir ki, iki aydan çox müddətdə yeni infeksiyaların sayında ilk böyük azalma müşahidə olunub.
Həftəlik ölüm sayı 62 minə enib, ən kəskin azalma isə Cənub-Şərqi Asiyada müşahidə edilir.
Eyni zamanda bildirilir ki, Afrika qitəsində insan tələfatında 7 faiz artım var.
“Delta” variantına 180 ölkədə rast gəlindiyi vurğulanır.
Uşaqlar və gənclər koronavirusdan böyüklərə nisbətən daha az təsirlənməyə davam edirlər.
Xəstəlik səbəbindən 24 yaşınadək insanların ölümü qlobal ölümlərin 0,5 faizindən azını təşkil edir.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bu günə qədər dünya miqyasında 5,7 milyard dozada COVID-19 peyvəndi tətbiq edildiyinə diqqət çəkib, bunlardan yalnız 2 % Afrika qitəsinin payına düşür.
Dünyada COVID-19 peyvəndlərinin paylaşılmasındakı bərabərsizliyə reaksiya göstərən Qebreyesus xəbərdarlıq edib ki, belə getsə, virusların peyvəndləri daha az təsirli edən yeni variantları ortaya çıxmağa davam edəcək.
O, epidemiya səbəbindən ölkələrdə sosial və iqtisadi tənəzzülün daha uzun sürə biləcəyinə də diqqət çəkib.

Oxşar xəbərlər

ÜST-dən COVID-19-la bağlı açıqlama: Ardıcıl altı həftədir azalma var
ÜST: “Koronavirusa yoluxma və ölüm hallarının sayında azalma var”
"Son iki həftədə dünyada koronavirus xəstəliyi sabitləşib" - ÜST
Bir gündə 12 minə yaxın şəxs koronavirusdan öldü
ÜST-dən koronavirus mutasiyalarının təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ
Son bir həftədə dörd milyona yaxın yoluxma halı aşkar edilib
ÜST koronavirusla bağlı bədbin açıqlama yaydı
"Pandemiyanın ikinci ili daha çox öldürücü ola bilər" - ÜST-dən XƏBƏRDARLIQ
Böyük Britaniyada koronavirusdan ölənlərin sayında azalma müşahidə olundu
Ötən həftə koronavirusdan rekord sayda ölüm halı qeydə alınıb
Pandemiyanın pik dövrünə az qaldı - Proqnoz
ÜST rəhbəri peyvəndlərin qeyri-bərabər bölgüsündən narahatdır
Afrikada koronavirusa yoluxanların sayı 3 milyonu ötdü
ÜST: Dünyada son bir həftədə koronavirusa yoluxmada rekord artım qeydə alınıb
Ötən həftə koronavirusa rekord sayda yoluxma olub
Ötən həftə koronavirusa rekord sayda yoluxma qeydə alınıb
ÜST: “Dünyada koronavirusa yoluxma yenidən sürətlənib”
ÜST-dən həyəcan təbili: Ötən həftə yoluxma artıb
Bəşəriyyət koronavirusa təslim olur: 7 gündə 93 min adam ölüb
Delta tüğyan edir, Rusiyada rekord ölüm
Dünyada bir gündə 677 min nəfər koronavirusa yoluxub
Dünyada koronavirus qurbanlarının sayı 2,5 milyon nəfəri ötdü
Dünyada son sutkada 10 mindən çox insan koronavirusdan ölüb
Avropada koronavirusun ən yüksək yayılma tempi qeydə alınır
ÜST-dən koronavirus əleyhinə peyvəndlə bağlı AÇIQLAMA
Hindistanda koronavirusla bağlı yeni antirekord qeydə alındı
"Koronavirusun yeni ştammı meydana gələ bilər"- ÜST rəhbəri
Azərbaycanda koronavirusa yoluxma üzrə ölüm faizi açıqlandı
Son sutkada 577 mindən çox koronavirusa yoluxma qeydə alınıb
Koronavirusa qarşı vaksin turizm gəlirlərini bərpa edə bilər