Muğlada gecə meşə yanğını baş verib. 
Getdikcə təsir gücünü artıran yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir. 
Bildirilib ki, Dalaman - Ataköy - Sıradere mövqesindəki meşə sahəsində başlayan meşə yanğın səhər saatlarınadək davam edib. 53 su tankı, 17 su tankeri, 10 dozajer, həmçinin 3 təyyarə və 16 vertolyot havadan alovu söndürməyə çalışıb. 
Alınan məlumata görə, yanğın hazırda nəzarət altına alınıb.