Ermənistanın 3-cü prezidenti Serj Sarkisyanın əsl adı ortaya  çıxıb.  
Sabiq  prezidentin əsl  adı Serjikdir. 
Belə ki, N 12000631 saylı komsomol bileti Sarkisyana 1982-ci ildə verilib. Biletdə 1954-cü ildə doğulan Sərkisyanın adı Serjik olaraq göstərilir. Bununla yanaşı, Xankəndində doğulan Sarkisyanın doğulduğu yerin Ağdam göstərilməsi və onun komsomol biletini SSRİ-də qaydalara uyğun olaraq 14 yaşında yox, 28 yaşında alması müəmmalı olaraq qalır. 

Sarkisyanın əsl adı Serjik imiş- FOTO