"Ermənistan" aviaşirkətinin İrəvan-Moskva reysi bu səhər həyata keçirilməli olduğu uçuşu ləğv edilib. 
Erməni KİV xəbər verir ki,  hava limanında olan sərnişinlər uçuşun son anda ləğv edilmısi  xəbərinə qəzəbləniblər. 
"Uçuşumuz ləğv edildi, hələ də hava limanında qaldıq. İnsanların yarısı inandırılaraq evlərinə göndərildi. Bu ləğvdən kimin məsul olacağını bilmək istəyirəm", -deyə  sərnişinlərdən biri mətbuata danışıb. 
Uçuşun ləğv edilməsinə  əsas  səbəb kimi nasazlıq göstərilib. Aviaşirkətdən bununla bağlı heç bir  açıqlama gəlməyib.