ABŞ-ın Merilend ştatının Kepitol-Hayts şəhərində baş vermiş silahlı insident nəticəsində azı iki nəfər ölüb.
Bu barədə “CNN” telekanalı yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, ölənlərin ikisi də qadındır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ölənlərdən birinin cəsədini işlədikləri müəssisənin dəhlizində, ikincisini isə ofisində tapıblar.
Telekanalın məlumatına görə, insidentdə şübhəli bilinən şəxs saxlanılıb. Merilend ştatının Prins-Corces dairəsinin rəhbəri ölənlərin ailələrinə başsağlığı verib.