Azərbaycan və Slovakiya arasında saziş imzalandı
19-10-2021, 19:27
51

Azərbaycan və Slovakiya arasında saziş imzalandı

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 19-da Slovakiya Respublikasının xarici və Avropa işləri naziri İvan Korçok ilə görüşüb.
Görüşdə iki ölkə arasında fəal siyasi dialoqun aparıldığı vurğulanıb. Azərbaycanın Avropa İttifaqına üzv ölkələrlə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğu bildirilib. 
Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari, enerji, nəqliyyat, tranzit, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. 
Baş nazir Ə.Əsədov Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin, o cümlədən də Zəngəzur dəhlizinin Slovakiya və Aİ üçün maraqlı olacağını vurğuladı, rəqəmsal və yaşıl iqtisadiyyat sahələrində əməkdaşlıq imkanlarının olduğunu qeyd edib.
Qeyd edilib ki, Azərbaycan Slovakiya da daxil olmaqla dost ölkələrin şirkətlərinin işğaldan azad edilmiş torpaqların bərpasında iştirakında maraqlıdır.
Xarici və Avropa işləri naziri İvan Korçok Slovakiyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və yaxşı siyasi münasibətləri iqtisadi sahəyə də şamil etməyin vacibliyini vurğulayıb.
Sonda Azərbaycan Hökuməti ilə Slovakiya Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalandı. Sazişi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Slovakiya Respublikasının xarici və Avropa işləri naziri İvan Korçok imzalayıblar. 
Sazişə əsasən, ikitərəfli iqtisadi əməkdaşlığın əlaqələndirilməsi və təşviq edilməsi məqsədilə İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Slovakiya Birgə İşçi Qrupun yaradılması nəzərdə tutulub.

Oxşar xəbərlər

İlham Əliyev slovakiyalı naziri qəbul etdi
Sahibə Qafarova Slovakiyanın xarici işlər naziri ilə görüşüb
Slovakiyanın XİN rəhbəri Azərbaycana gəldi
Əli Əsədov Türkiyənin ticarət naziri ilə görüşdü
Slovakiyanın XİN rəhbəri Ermənistana səfər edəcək
Çin şirkətləri Ağdam Sənaye Parkına investisiya yatırmağa dəvət edildi
Azərbaycanla Pakistan arasında saziş imzalandı
Əli Əsədov Türk Şurasının nümayəndə heyəti ilə görüşüb
Sahibə Qafarova Slovakiyaya rəsmi səfərə gedir
Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya səfər etdi
Mikayıl Cabbarov Türkiyə səfiri ilə görüşdü
Azərbaycanla Türkiyə arasında 11 saziş imzalandı
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşdü
Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi
İlham Əliyev “DP World” şirkətlər qrupunun sədri və icraçı direktorunu qəbul etdi
"Azərbaycana qarşı hər hansı təhdid olarsa..." - Nazirdən XƏBƏRDARLIQ
Mikayıl Cabbarov onlarla görüşdü - FOTO
İlham Əliyev İraqın neft nazirini qəbul etdi - YENİLƏNİB
Əli Əsədov BP-nin regional prezidenti ilə görüşdü
İlham Əliyev slovakiyalı naziri qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Azərbaycan Avropa İttifaqı ilə Qarabağın bərpasına dair müzakirələr aparıb
Azərbaycan və İran razılığa gəldi
Azərbaycanla Monqolustan arasında ilk siyasi məsləhətləşmələr - RƏSMİ
Ceyhun Bayramovdan Zəngəzur dəhlizi ilə bağlı önəmli AÇIQLAMA
Azərbaycanla Qırğızıstan arasında birgə əməkdaşlığa dair saziş imzalanıb
Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü
Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri ilə görüşdü - FOTO
Ceyhun Bayramov Polşanın Azərbaycandakı səfiri ilə görüşüb
Sahibə Qafarova Slovakiyada rəsmi səfərdədir