Qonşu ölkədə restoranlar robotları işə götürəcək
20-10-2021, 16:04
56

Qonşu ölkədə restoranlar robotları işə götürəcək

Rusiyanın Moskva, Sankt-Peterburq və Perm şəhərlərindəki restoranlar koronavirusa qarşı peyvənd olunmuş və ya yoluxub sağalmış insanların QR kodunu yoxlamaq üçün robotları işə götürəcək.
"RİA Novosti" xəbər verir ki, xidmət robotları istehsal edən Rusiyanın "Promobot" şirkətindən bildirilib ki, artıq bu məqsədlə ilk robotlar təqdim olunub.
"Həmin robotları restoranlar giriş hissəsində dayanıb ora gələnlərlə ünsiyyət yarada bilərlər", - deyə məlumatda bildirilib.
Əsas avadanlıq dəstinə əlavə olaraq, robotlar QR kodlarını oxumaq üçün skaner və pasport skaneri ilə təchiz olunub. Bundan başqa, robotlar Rusiyanın dövlət xidmətlərini birləşdirən "Qosusluq" servisinə də inteqrasiya ediliblər. Bunun sayəsində həm QR kodun, həm də pasport və ya digər sənədin həqiqiliyini yoxlamaq mümkün olacaq.
Şirkətdən bildirilib ki, bu tip robotlardan restoranlarla yanaşı, aeroportlarda və təhsil müəssisələrində də istifadə olunacaq.
Qeyd edək ki, Rusiyada son günlər COVID-19-a yoluxma və ölüm hallarının sayı yenidən artıb. Bu isə bir sıra müəssisələrdə məhdudiyyətlərin tətbiqini zəruri hala gətirib. Belə məhdudiyyətlərdən biri də kafe, restoran və digər qapalı yerlərə yalnız peyvənd olunmuş və ya xəstəliyə yoluxub sağalmış şəxslərin buraxılmasından ibarətdir ki, bu da QR kod vasitəsilə həyata keçirilir.

Oxşar xəbərlər

Rusiyanın iki şəhərindən Lənkərana aviareyslər açıldı
Bu restoranda yeməkləri robotlar hazırlayır
Rusiyada yoluxanlar artdı, sərt karantin yenidən gündəmə gəldi
Azərbaycanlı tələblər Rusiyada peyvənd oluna bilər - Nazir
“COVID-19-a yoluxub sağalmış insan 90 günə virus yayır” - Rusiyanın Baş həkimi
Sentyabrın 1-dən COVID pasportu olmayanlar hara gedə bilərlər? - SƏRT QADAĞALAR
Rusiyada COVID-19-a yoluxanların sayı 6 milyonu ötdü
Rusiyada koronavirus statistikası: 792 ölüm
İordaniyada məktəblər və ibadət məkanları qapadıldı
Jirinovskidən növbəti həyasızlıq: “Qonşu dövlətlər, minnətiniz olsun ki...”
Müəllim və həkimlərə peyvənd vurulacaq
Rusiya Əfqanıstandakı Baş Konsulluğunu bağladı
Türkiyə Rusiyanın koronavirus peyvəndinin istifadəsinə icazə verdi
Putin sabah koronavirusa qarşı peyvənd olunacaq
Rusiyadan Azərbaycana aviareyslərin sayı artırılır
Rusiyanın virusa qarşı peyvəndi hamilə qadınlar üçün təhlükəlidirmi?
Rusiyada koronavirusa qarşı peyvənd olunanların sayı 23 milyona çatdı
Sabahdan bu MƏHDUDİYYƏTLƏR qüvvəyə minir
Rusiyada daha 160 nəfər pandemiyanın qurbanı oldu
Rus sülhməramlılar Qarabağda antiterror təlimi keçir
Bu ölkədə hotellər, restoranlar, gözəllik salonları ilə bağlı qərar verildi
Rusiyada universitetdə atışma: Ölənlər var - VİDEO (YENİLƏNİB)
Həbs olunan bank sədrinin xaricdəki əmlakları üzə çıxdı
Rusiya onu “arzuolunmaz şəxs” elan etdi - Ölkəni tərk etməsi üçün 48 saat verildi!
Kafe və restoranlar açılmalıdır — Rəsmi açıqlama
Rusiyada universitetdə atışma
Rusiyada universitetə hücum edən şəxsin kimliyi MƏLUM OLDU - YENİLƏNİB (VİDEO)
Rusiyanın yeni qırıcısı ABŞ-ı qorxutdu: "Baş ağrımıza səbəb olacaq..."(FOTO)
Rusiyada fabrik yanır - Ölən və yaralananlar var
Rusiyada peyvənd vurulan 20 nəfər koronavirusa yoluxdu