Ağdağ Azərbaycanın nəzarətinə necə keçib? - Qafanın meri detalları açıqladı
22-10-2021, 15:50
38

Ağdağ Azərbaycanın nəzarətinə necə keçib? - Qafanın meri detalları açıqladı

Qafanla sərhəddə yerləşən Ağdağ dağının Azərbaycan Ordusunun nəzarətinə keçməsi Ermənistanda ciddi qalmaqala səbəb olub
Qaynarinfo xəbər verir ki, artıq bir neçə dövlət qurumu, o cümlədən Ermənistanın Müdafiə Nazirliyi bununla bağlı açmıqlama yayaraq, məlumatın həqiqəti əks etdirmədiyini bildiriblər. Lakin məsələ ətrafında gərginlik və müzakirələr davam edir.
Azərbaycan tərəfi də bununla bağlı hər hansı bir açıqlama verməyib. 

Ermənistan Müdafiə Nazirliyinin təkzibinə rəğmən, Ağdağın Azərbaycanın nəzrətinə keçməsi barədə xəbərin müəllifi, Qafanın meri Qorq Parsyan bununla bağlı daha bir açıqlıama yayıb. O deyib ki, Ağdağın hansı strateji əhəmiyyətə malik olduğunu yaxşı bilirlər: "Biz mümkün qədər çalışdıq ki, dağı əlimizdə saxlayaq. Amma buna nail ola bilmədik”.
Parsyan Azərbaycan Ordusunun dağı necə nəzarətə götürməsinin detallarını da açıqlayıb. Onun sözlərinə görə, hələ ötən ilin 18 dekabrında ordu hissəslərimiz Ağdağın bir hissəsində yerləşməyə başlayıb:
"Bir neçə dəfə cəhd etdikdən sonra Azərbaycan əsgərini geri göndərə bildik. Amma mən onlara heyran qaldım. 4-5-ci dəfə böyük bir ordu ilə üstümüzə gəldilər. Və tələb etdilər ki, əgər biz oradan çıxmasaq, zorla dağı götürəcəklər. Bundan sonra üçtərəfli danışıqlar başladı və qərara alındı ki, dağda heç bir qoşun dayanmasın. Yalnız Azərbaycan, Ermənistan və Rusiya sərhədçiləri dayansınlar. Razılaşdığımız kimi də oldu”.
Qafanın meri onu da deyib ki, hazırda bir neçə kəndi birləşdirən yol Azərbaycan Ordusunun nəzarətindədir. Onlar faktiki olaraq Vardavankdan keçən alternativ yoldan istifadə edirlər: "Strateji əhəmiyyət kəsb edən ərazidə, o cümlədən Ağdağda əvvəllər Rusiya sərhədçiləri var idisə, indi onlar yoxdurlar. Çoxdan çıxıb gediblər. Rusların yerində isə Azərbaycan əsgəri dayanır”.

Oxşar xəbərlər

Daha bir yüksəklik Azərbaycana verilir - Erməni deputat təsdiqlədi
“Qafan-Əkərək yolu Azərbaycanın nəzarətinə keçib” - Qafan meri
Azərbaycan bu strateji yüksəkliyə nəzarəti ələ alacaq - AÇIQLAMA
Qafan yolu Ordumuzun nəzarətinə keçdi
"Ağdağ yüksəkliyi azərbaycanlıların nəzarətinə keçib" - Erməni deputat
Gorus-Qafan yolunun çox hissəsi Azərbaycanın nəzarətinə keçib
Sərhəddəki yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi - Ermənilər təşviş içində
Ermənistan Qafandakı 13 mövqeyi bu gün Azərbaycana TƏHVİL VERİR
Ermənistanla sərhəddə son vəziyyət: “Cermukdan 12 kilometr məsafədədir”
Qafanın 4 kəndinə gedən yol Azərbaycandan keçir - XƏRİTƏ
Erməni ər arvadını hədələdi: “Səni də, türkləri də güllələyəcəm” – Şurnuxdan maraqlı video
Söyüdlü nəzarətimizə keçdi: 6 min iş yeri bağlanır
Qafandan reportaj - “Azərbaycanlılar çayın o biri tərəfində...“
Ermənistan 10 min hərbçisini itirib - General açıqladı
Ermənistan daha 34 hərbçisinin öldüyünü AÇIQLADI
Tovuzun Ermənistandakı kəndləri qaytarılır? - Ermənistan MN açıqlama yaydı
Bu ərazi də Azərbaycanın nəzarətinə keçdi
21 kilometrlik Gorus-David Bek yolu Azərbaycanın nəzarətinə verilir
“Ermənistan əhalisinin artıq 30 faizi ölkədən qaçıb” - Hərbi ekspert
Qarabağdan 15 min erməni “itib”
Sərhəddə nə baş verir? - İlham Əliyev açıqladı
Azərbaycanda yeni qoruq yaradıldı - SƏRƏNCAM
Çaylı kəndi niyə rusların nəzarətinə keçdi?
Gorusun meri oğurlanıb – Paşinyana sərt ittiham
Əliyevin açıqlamaları Ermənistanı qarşıdırıb: “Azərbaycan Qarabağla kifayətlənməyəcək”
Qafanda ekskavatorla sərhəd xətti qazılır - VIDEO
Laçın SES-in bəndi Azərbaycanın nəzarətinə keçdi
Ermənilər Şuşanı itirdiklərin etiraf etdi
Deputat: "Bu cür əmr imzalamasından bəlli olur ki, Ermənistanın müdafiə naziri təlaş içindədir"
Ermənistan açıqladı: Məhkəmə-tibb ekspertizasından 3 248 cəsəd keçib