Rusiya xarici işlər naziri Sergey Lavrov və Cənubi Koreyanın xarici işlər naziri Çunq Eui Yonq paytaxt Moskvada görüşdən sonra mətbuat konfransı keçirib.
Konfransda ABŞ-ın Cənubi Koreyada orta və yaxın mənzilli raketlər yerləşdirməsini dəyərləndirən Lavrov Cənubi Koreya rəhbərliyinin buna qarşı mövqe tutduğuna diqqət çəkib.
"Digər ölkələrə və regionlara gəlincə, biz Amerikanın Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsi (INF) ilə qadağan olunmuş raket sistemlərini təkcə Avropada deyil, həm də Asiya-Sakit Okean regionunda yerləşdirmək cəhdlərindən narahatıq. Bu, strateji sabitliyi əhəmiyyətli dərəcədə pozacaq", -  deyə  nazir  bildirib.